• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Doğuşu hansı yolla asanlaşdırmaq olar?

Doğuşu hansı yolla asanlaşdırmaq olar?

Əsasən kişilər və ətrafdakı qohum-əqrəba hamilə qadınları çox iş görməyə qoymur, onların istirahəti üçün əlindən gələni edir. Hamilə qadınlara hətta ən xırda ev işlərini etməyi belə qadağan edirlər. Halbuki hamiləlik normal prosesdir, onları oturaq həyata öyrəşdirmək olmaz. Çoxları elə bilir ki, hamilə qadınlar idman edə bilməz. Amma bu, belə deyil, idman hamiləlikdə çox faydalıdır. Əlbəttə ki, idmanla kor-koranə məşğul olmaq düzgün deyil, bəzi qaydalara xüsusi fikir vermək lazımdır.

Hamiləlik zamanı hansı idman növü ilə məşğul ola biləcəyinizi müəyyənləşdirmək üçün həkim məsləhəti lazımdır. İdmana həkimin tövsiyələri əsasında başlanmalıdır. Bu məşqlər anada çəkinın artmasını əngəlləyir, bədən müqavimətinin artmasına, doğumun asan şəkildə reallaşmasını təmin edir. Məşq edən hamilə qadınlarda bel ağrıları, qasıq ağrıları az olur, oksigen ehtiyatı isə artır. Aparılan məşqlər hamilə qadınlarda olan ürək xəstəliyinə, təzyiqə, metabolizma xəstəliklərinin müalicəsinə də kömək edir. Həmçinin tənəffüsü nizamlamağa da faydalıdır. Lakin idmana başlamadan əvvəl yuxu saatlarına və istirahətinizə ciddi fikir verməlisiniz.

Düzgün qidalanma və kifayət qədər su içmək də olduqca vacibdir. Məşqlərə başlamadan əvvəl isinmə hərəkətləri etmək faydalıdır. İdmana başlayan zaman əvvəl qarın, kürək, sinə kimi böyük əzələ qruplarını, sonra isə kiçik əzələ qruplarını işlətmək lazımdır. Məşq prosesində motivasiya əhəmiyyətli mövzulardan biridir.

Hamiləlik məşqlərində nəfəsi doğru alıb, doğru vermək də önəmlidir. Məşqlər arasında ən az 1 dəqiqə istirahət edin. Fasilə müddəti əzələlərin istirahət etməsinə və boşalmasına səbəb olacaq. Əgər əzələləri istirahət etdirmədən hərəkətə məcbur etsəniz, yalnız yorğunluq meydana gələr, inkişaf olmaz. Çünki əzələlər istirahət dövründə daha yaxşı olur.

Həftədə 3-4 gün məşq edin, digər günlər də isə yüngül idman hərəkətləri etmək məsləhətdir. Sağlam hamiləlik və doğuş üçün lazımi digər cəhətlər kimi hamiləlik məşqlərini də yubatmaq olmaz. Bu məşqlərə vaxtında əməl olunarsa, sonradan meydana gələcək problemlərin qarşısı alınmış olar, həm də doğuş prosesi asanlaşar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR