Röya indi də BDU-da müəllimlik etmək istəyir - Foto
Bizi izləyin

Tabloid.az

Röya indi də BDU-da müəllimlik etmək istəyir - Foto

Müğənni Röya universitetdə müəllim olmaq eşqinə düşüb.

Müğənni Röya universitetdə müəllim olmaq eşqinə düşüb.

Tabloid.az xəbər verir ki, ifaçı istifadəçisi olduğu “İnstagram” bloqunda paylaşdığı fotosuna “bircə papkam və eynəyim çatmır. Qadan alım, yoxsa BDU-da müəllim olacaqdım”- şərhini yazıb.

Yeri gəlmişkən, qeyd edək ki, Röya Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Hətta o, universitetdə oxuyan zaman bəzi problemlər yaşanmışdı. Daha dəqiq söyləsək, mətbuatda onun universitetə daxil olmasında qanun pozuntusuna yol verildiyi yazılmışdı.

Müğənni isə olaylara münasibət bildirərkən BDU-ya Moskva Dövlət Universitetindən köçürüldüyünü bildirmişdi:

“Moskva Dövlət Universitetinə tam qanuni daxil olmuşam, I kursu orada oxumuşam. II kursdan təhsilimi Bakı Dövlət Universitetində davam etdirirəm. Odur ki, Bakı Dövlət Universitetinə qeyri-qanuni daxil olmağım barədə yazılanlar əsassızdır. Əlbəttə ki, universitetdə dərslərdə, imtahanlarda mənə güzəşt edilir. Qaldı dərslərə getməyə, axı mən qiyabi oxuyuram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm