Tabloid.az
“Kaş Allah mənə bir də qız nəsib etməsin” - Jurnalistin FƏRYADI
Bədbəxt hadisə nəticəsində 5 yaşlı qızını itirən “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu qızı barədə danışıb.
Tabloid.az-ın məlumatına görə, körpənin əmisi Ayyət Əhməd "Facebook" səhifəsində qardaşının öz övladı barədə dediklərini qeyd edib.
A.Bayramoğlunun qızına həsr etdiyi sətirləri təqdim edirik: “Qızım, sən oradan yıxılanda hansı qorxu hissi keçirmisən? Necə qorxmusan? Nə düşünmüsən? Kimdən kömək istəmisən? Necə qışqırmısan? Qızım, bu suallar məni ömür boyu dinc buraxmayacaq. Bu suallara cavab tapa bilmirəm. Kaş Allah mənə bir də qız nəsib etməsin. Səni heç kim əvəz etməyəcək. Sənsiz heç kiməm. Sən həyatımda ilk yanar çıraq oldun. Bu yükü qaldıra bilməyəcəm. Ailəmizə ilk nuru sən saçdın. Sənsizlik yükünü qaldıra bilməyəcəm, Cavidan”.
Xatırladaq ki, avqustun 5-də jurnalistin 5 yaşlı qızı Cavidan yaşadıqları binanın 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib. Körpə Abşeron Gənclər Şəhərciyindəki binanın 6-cı mərtəbədə mətbəxin açıq pəncərəsindən yıxılıb.
Qeyd edək ki, iyulun 16-da isə tanınmış jurnalist Ayaz Nizamioğlunun 3 yaşlı oğlu Maqsud yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK