• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Banan qabığının ağlagəlməz faydaları

Banan qabığının ağlagəlməz faydaları

Bananı yeyib qabığını heç düşünmədən tullayırıq. Halbuki banan qabığının düşünmədiyimiz faydalı tərəfləri var. Bananın tərkibində insan əsəblərinə yaxşı təsir edən və sakitləşdirci maddələr var. Onlar insanın əhval-ruhiyyəsini qaldırmağa kömək edir. Banan böyrəklər və sümüklər üçün xeyirldir. Bu meyvə B6 vitamini ilə zəngindir.

Banan qabığının bilinməyən 5 faydası

1. Banan qabığını ağcaqanad sancan yerə çəksəniz, şiş və qaşınma azalar.

2. Dabanlardakı qabıqların yumşalması üçün banan qabığının içini qaşıqla sıyırın və həmin hissəyə çəkib sellofanla bağlayın. Bir neçə saatdan sonra açıb ilıq su ilə yaxalayın. Ya da elə banan qabığını ayağınıza bağlaya bilərsiniz.

3. Banan qabığı üzdəki qırmızı ləkə və sızanaqları da apara bilir.

4. Diz ağrılarına son qoymaq üçün də banandan istifadə edə bilərsiniz. Bananın qabığı ilə dizlərinizi ovun.

5. Banan qabığı ayaqqabını çox gözəl cilalayır. Ayaqqabıları banan qabığı ilə təmizləyə bilərsiniz.

Ən dadlı və sağlam dondurmanı da banandan hazırlayırlar. Bananları blenderdən keçirin və soyuducuda saxlayın. Bir neçə saatdan sonra alın və üzərinə süd, şokolad və ya kakao əlavə edərək yeyə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR