• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şekspir haqqında 10 maraqlı fakt

Şekspir haqqında 10 maraqlı fakt

Şekspir haqqında 10 maraqlı fakt

1. Böyük dramaturqun pyeslərinin çoxunun mövzusu keçmiş zamanlarda cərəyan edən əhavalatları əhatə edirdi. Bu isə həmin dövrdə geniş yayılmış bir praktika idi.

2. Şekspir zamanının teatrlarında pərdələr yox idi, dekorasiyalar da çox az idi. Aktyorları əhatə edən mühit və şərait pyesin mətnində təsvir edilirdi.

3. Yelizaveta dövrünün teatrı heç də “incəsənət mədədi” deyildi. Tamaşaçılar tamaşa zamanı meyvə alar və əgər xoşlarına gəlməsə, dişləyib aktyorlara ata bilərdilər. Belə bir fikir var ki, bu adət İngiltərədə teatr sənətinin inkişafına çox böyük təkan verib.

4. Məlumdur ki, Şekspirin zamanında teatrda bütün rolları – həm kişi, həm də qadın rollarını kişilər oynayırdılar (XX əsrin əvvəllərində Azərbaycanda olduğu kimi). İngilis səhnəsində ilk qadın yalnız XVII əsrdə göründü (Bizdə XX əsr. - Red.). Kişi qəhrəmanların isə qadın aktrisalar tərəfindən oynanılması dünya teatrı tarixində çox nadir rast gəlinən hallardandır. Böyük aktrisa Sara Bernar 1899-cu ildə Şekspirin kişi qəhrəmanını oynamağa razılıq vermişdi.

5. Şekspirin 154 dahiyanə sonetinin nə zaman, harada və hansı xronoloji ardıcıllıqla yazılması, eləcə də onların kimə ithaf edilməsi haqqında, demək olar ki, heç bir məlumat yoxdur.

6. Şekspirin leksik fondunu araşdıran tədqiqatçılar qeyd edirlər ki, dramaturqun əsərlərində işlənin 2035 söz əvvəllər yazılı mətnlərdə heç vaxt işlənməyib.

7. Təəssüf ki, bu dünyada Şekpirin birbaşa varisi yoxdur. Çünki onun nəsli 1670-ci ildə kəsilib. Dramaturqun yeganə oğlu Xemniy 11 yaşında taundan ölüb. Qızı Cuditin üç oğlu var idi, ancaq onların heç birinin və o biri qızı Suzannanın isə övladları olmayıb. Elə Süzannanın ölümü ilə də Şekspir nəslinə son qoyuldu.

8. Oksfordun “qanadlı sözlər” lüğətinə görə, igilisdilli dünyada ən çox təkrarlanan sitatların onda biri Şekspirin payına düşür.

9. Şekspirin ən məşhur pyesi “Maqbet” faciəsidir. O, dünyada hər dörd saatdan bir oxunur.

10. 1890-cı ilədək Şimali Amerikada nə sığırçın, nə də ki qarğa var idi. Şekspirin qızğın fanatlarından biri bu quşları Avropadan gətirib Nyu Yorkun Mərkəzi parkına buraxır. Quşlar burada nəsil verib artırlar. Bəs bu hərəkətin səbəbi nə idi? O, istəyirdi ki, doğma ölkəsində böyük ingilisin pyeslərində adı çəkilən quşların bütün növləri yaşasın.

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR