• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Afaq daş olub, düşüb bunların başına...”

“Afaq daş olub, düşüb bunların başına...”

Son günlər qalmaqalla gündəmdə olan müğənni Afaq Aslan indən belə adının qalmaqalda hallandırılmasını istəmir.

İfaçı Tabloid.az-a müsahibəsində sənətdə onun paxıllığını çəkənlərin çox olduğunu deyib. O, əlavə edib ki, arxasınca danışanlar çoxdur:

“Hiss edirəm ki, məni gözü götürməyənlər, paxıllığımı çəkənlər çoxdur. Nədənsə, hər zaman xarici görkəmimə görə mənim paxıllığımı çəkirlər. Məni bir qadın kimi özlərinə rəqib görürlər. Bu da ondan xəbər verir ki, mən güclü rəqibəm. Elə bil ki, Afaq daş olub, düşüb bunların başına... Üzdə isə mənimlə normal münasibət saxlayırlar. Qəribədir, bizdə müğənnilər bir-birini bəyənmirlər”.

Müğənni heç bir zaman “ulduz xəstəliyi”nə yoluxmayacağını deyir:

“Qətiyyən elə olmaram. Bir məsəl var, deyir: ağac bar verdikcə başını aşağı əyər. Amma bizim bəzi sənətə gələn müğənnilərimiz başlarını elə qaldırırlar ki... Sanırsan ki, alçaq dağları bu yaradıb. Amma mən bundan sonra sənətdə olduğum müddətdə sadə və səmimiliyimi qoruyub saxlayacağam”.

A.Aslan xarici görünüşündən dolayı qadın həmkarlarının onu qısqandıqlarını deyib:

“Həmkarlarımı deyə bilmərəm, amma məni müğənnidən daha çox modelə oxşadırlar. Sosial şəbəkələrdə də yazıb soruşurlar ki, siz modelsiniz? Yəqin ki, bədən quruluşuma, ya da üz cizgilərimə görə belə fikirləşirlər. Onu da deyim ki, bizdə xarici görünüşünə görə, standartlara cavab verən müğənnilər azdır. Çünki əksəri kökdür, boyları qısadır. Mənim isə boyum hündürdür, artıq çəkim də yoxdur. Ona görə də məni gözü götürməyənlər, xainliyimi çəkənlər çoxdur. Onu da deyim ki, istədiyim yeməyi yeyirəm. Pəhriz saxlamıram. Üzgüçülüklə məşğul oluram. Uşaqlıqdan quruluşum belədir. Qadının gözəlliyi incəliklə, arıq olmaqla ölçülmür. Azərbaycan qadını hər zaman öz xanımlığını qorumalıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR