“Yalandan dedim ki, evliyəm, uşaqlarım var” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Yalandan dedim ki, evliyəm, uşaqlarım var” - Fotolar

Teleaparıcı Zaur Əliyev: “Sosial şəbəkələrdə vaxt keçirməyi sevmirəm”

Onu Azərbaycanın Maksim Qalkini adlandırılar. Yaraşıqlı görkəmi, imici və danışıq tərzi ilə diqqət mərkəzində olan teleaparıcı Zaur Əliyev bir neçə ay öncə subaylığa vida edib, nişanlandı.

Tabloid.az xəbər verir ki, ATV telekanalının “Texnopark” verilişinin yaraşıqlı aparıcısı nişanlandıqdan sonra xoşbəxt olduğunu söyləyir.

Aparıcı bununla belə, sosial şəbəkələrdə ona ismarış yazan bəzi qız heyranlarından yaxa qurtara bilmir:

“Bütün sosial şəbəkələrdə varam. Amma çox da aktiv istifadəçi deyiləm. Marağım yoxdur. Həmçinin vaxtım azdır. Düşünürəm ki, vaxtımı sosial şəbəkədə deyil, real həyatda daha səmərəli keçirə bilərəm. Sizə bir hadisə danışım, bir vaxtlar tanımadığım bir qız sosial şəbəkədə mənə yazmışdı ki, evim başdan-ayağa sənin şəkillərinlə doludur. Düzü, ona inanmamışdım. Ümumiyyətlə, mən fanatların çoxluğu ilə qürrələnən adam deyiləm. Avropada bu kimi hallara çox rast gəlinir. Görürsən ki, hansısa fanat kumirinə görə özünü hündürlükdən atır, ya da yandırır. Hər zaman düşünürdüm ki, bunların ağlı yoxdur. Nə isə, həmin qız da “Facebook”-da mənə dostluq göndərdi, qəbul etdim. Baxdım ki, fasiləsiz yazır. Daha sonra qız qohumlarımla ünsiyyət qurdu, dostluq yaratdı və onların vasitəsilə mobil nömrəmi tapdı. Mənə fasiləsiz zəng edib, ismarış yazmağa başladı... Məcbur olub ona dedim ki, evliyəm. Hətta vəziyyət o yerə çatmışdı ki, yalandan uşaqlarım olduğumu söyləmişdim. Çətinliklə də olsa, ondan yaxa qurtara bildim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm