Ana südünü artırmağın 10 üsulu
Bizi izləyin

Tabloid.az

Ana südünü artırmağın 10 üsulu

Bütün analar bunu bilməlidir

Körpənin ilk 6 ay ərzində ana südü ilə qidalanması şərtdir. Lakin anaların çoxu südün azlığından şikayət edirlər. Bunu nəzərə alaraq ana südünü artırmağın ən asan 10 yolunu təqdim edirik:

1. Pəhriz saxlamayın

Hamiləlik dövründə kökələn analar, körpə dünyaya gələn kimi pəhrizə başlayırlar. Ancaq bu, düzgün deyil. Əmizdirmə dövrünün ilk altı ayında edilən pəhrizlər südün miqdarının azalmasına səbəb olur. Həmçinin südün keyfiyyəti də aşağı düşür.

Ona görə də, körpə əlavə qidalara keçənə qədər pəhriz saxlamamaq məsləhətdir. Onsuz da körpəni əmizdirmək çoxlu kalori sərf etmək deməkdir. Yəni normal qidalanıb körpəsini əmizdirən ana pəhrizsiz də arıqlaya bilər.

2. Çoxlu su için

Südün artması üçün ilk şərt çoxlu su içməkdir. Gündə 3-3,5 litr maye qəbul etmək süd miqdarını artırmaqda ciddi rol oynayır. Bundan əlavə bitki çayları, ayran, şorba və şəkər əlavə olunmamış meyvə kompotları da qəbul etmək olar.

3. Qida rasionunda karbohidrata yer verin

Əmizdirən ananın qida rasionunda mütləq çörək, plov, makaron və meyvə kimi karbohidrat qaynaqları olmalıdır.

4. Südü artırmaq üçün reyhandan istifadə edin

Xörəklərə reyhan əlavə edin.

5. Razyana südü artırır

Razyana toxumu və razyana çayı südü artırır. Ancaq həddən artıq razyana qəbul etmək süd istehsalını tamamilə dayandıra da bilər. Ona görə də istifadə zamanı diqqətli olmaq lazımdır.

6. Yulaf əzməsi yeyin

Gündə 1 kasa yulaf əzməsi süd istehsalını artırır.

7. Arpanın da faydası var

Arpadan hazırlanan yeməklər ana südünü artırır.

8. Narıncı rəngli meyvə və tərəvəzlər südü artırır

Narıncı rəngdə olan meyvə-tərəvəzlər, məsələn, kök, balqabaq, qovun və s. beta karoten baxımından zəngin olan tərəvəzlər süd miqdarını artırmağa kömək edir.

9. Zülal miqdarını artırın

Gün ərzində qəbul etdiyiniz zülal miqdarını artırın. Bunun üçün hər gün süd və süd məhsulları, o cümlədən yumurta, ət, toyuq kimi qidaları qəbul etmək lazımdır.

10. Göyərti və tərəvəzlər də süd miqdarını artırır

Yaşıl yarpaqlı tərəvəzlərin ana südünü artırmağa köməkçi olduğu məlumdur. Tərəvəzləri çiy və ya az yağda qovurub yeyə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm