Hamıya yaraşan kosmetik vasitələr
Bizi izləyin

Tabloid.az

Hamıya yaraşan kosmetik vasitələr

Bu rənglərlə gözəl görünmək çox asandır

Makiyajla bağlı elə də çox məlumatlı deyilsinizsə və ya saç və dəri rənginizə hansı rənglərin yaraşdığını tapmaqda çətinlik çəkirsinizsə, yazımızı oxuyun. Çünki sizlər üçün bütün dəri və saç rənglərinə yaraşan, hamının makiyajda rahatlıqla istifadə edə biləcəyi rəngləri araşdırmışıq.

Qəhvəyi rəng göz qələmi

Bu rəngdə olan göz qələmi demək olar ki, hamıya yaraşır.

Gözlərə bu rəngdə qələm çəkdikdə istənilən rəngdə göz kölgəsindən istifadə edə bilərsiniz.

Üstəlik, qəhvəyi rəngli göz qələmi gözün rənginə diqqət çəkir və cazibədar baxış bəxş edir.

Onu da qeyd edək ki, ölümündən illər keçməsinə baxmayaraq, gözəlliyi ilə hələ də dünya gündəmində qalmağı bacaran Merlin Monro daim qəhvəyi rəngli göz qələmindən istifadə edib.

Qəhvəyi və açıq bənövşəyi rəngli göz kölgəsi

Bu iki rəng bütün göz rənglərinə yaraşır. Gözlərə diqqət çəkmək istəyirsinizsə, bu rənglərə müraciət edə bilərsiniz.

Qəhvəyiyə çalan qırmızı rəngli dodaq qələmi

Bu çalarlardakı qələm qalın və incə olmasından asılı olmayaraq, bütün dodaqlara yaraşır. Dodaqlara təbii gözəllik bəxş edən bu rəngdəki qələmlər, həm də dodaqları daha dolğun göstərir.

Çəhrayı rəngli dodaq parladıcısı

Bu rəngli dodaqlara parlaqlıq verən kosmetik vasitələr hamıya yaraşır. Təbii görünüş verdiyi üçün istədiyiniz vaxt istifadə edə bilərsiniz.

Çəhrayı ənlik

Çəhrayı rəngli ənlik qadına sağlam, gənc və canlı bir görünüş bəxş edir. Açıq rəngli ənlikdən bir az çəkərək gözəlliyinizi vurğulaya bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm