Gicitkənin gözəllik üzərində möcüzəsi
Bizi izləyin

Tabloid.az

Gicitkənin gözəllik üzərində möcüzəsi

Gicitkənin gözəllik üzərində möcüzəsi

Saç tökülməsi əleyhinə gicitkən maskaları

2 budaq gicitkəni sapları və yarpaqları ilə birlikdə kiçik bir qaba qoyun və üzərinə 1 su stəkanı qaynar su tökün, 3-4 dəqiqə qaynadın. Qaynatdıqdan sonra qazı söndürün. 10 dəqiqəyə qədər dəmləyin. Dəmlənmiş gicitkən suyunu süzün. Süzülmüş suyu saç diblərinə barmaq ucları ilə masaj edərək yedirin.

Gicitkənin qaba yerləşməsi üçün iki və ya üç yerə doğraya və ya incə doğrayıb dəmləyə bilərsiniz. Mütləq əlinizə əlcək geyinin. Hər gün mütəmadi olaraq bu proseduru etsəniz saçlarınızın əvvəlki sağlamlığına qovuşması üçün bir həftə kifayətdir. Saçların tökülməsinin qarşısı alınacaq.

Bir neçə ay müddətində mütəmadi olaraq etsəniz saçlarınız yenidən canlanacaq.

Gicitkən yağını bütün saça çəkin. Sonra saçları polietilen papaqla bağlayın. Üzərindən isti qalsın deyə yaylıqla bağlasanız daha yaxşı olar. 30-45 dəqiqə qaldıqdan sonra həmişəki kimi saçları yuyursunuz. Bu maska saçlara çox xeyirdir. Saçları möhkəmlədir, canlandırır, yeni tüklər bitirir. Bu yağ apteklərdə satılır.

Giciktən suyu ilə müalicə saçlarda aşağıdakı dəyişikliklərlə nəticələnəcək:

Tökülmənin qarşısını alınır.

Saçlar qalınlaşır.

Güclənir.

Həcm verir.

Kəpəklənmənin qarşısını alır.

Gicitkəni bazardan rahatca tapa bilərsiniz. Bir dəstə sizə bir həftə kifayətdir. Dəstəni bir həftəyə bölərək soyuducuda saxlaya bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm