Ən gözəl ağ idman ayaqqabıları - Fotolar
Bizi izləyin

Tabloid.az

Ən gözəl ağ idman ayaqqabıları - Fotolar

Ağ idman ayaqqabıları idman üslubunun əvəzolunmaz şıq modeldir. Rəngli idman ayaqqabıları aktual olsa da, ağ ketalar neçə illərdir ki, dəbdən düşmür. Tanınmış moda bloqgerlərinin, dəb ikonalarının, dünya ulduzlarının ayağından çıxartmadığı bu ayaqqabılar

Bəyaz idman ayaqqabıları geyinməyin 10 üsulu

Ağ idman ayaqqabıları idman üslubunun əvəzolunmaz şıq modeldir. Rəngli idman ayaqqabıları aktual olsa da, ağ ketalar neçə illərdir ki, dəbdən düşmür. Tanınmış moda bloqgerlərinin, dəb ikonalarının, dünya ulduzlarının ayağından çıxartmadığı bu ayaqqabılar gündəlik stilində rahatlığına düşkün olan qadınlar üçün ideal seçimdir.

Trendrlərini yaxından izlədiyiniz dəb həftələrinə nəzər salsaq, bu ayaqqabıların 2014-2015 payız-qış dəbində yenidən populyar olacağını müşahidə edərik. Bu ayaqqabılar əslində, istənilən fəsildə geyinilə bilər. Ağ ayaqqabılarla modern üsluba nail olmaq əslində çox bəsitdir.

Cinslə birlikdə

Cinslər bizim həyatımızın ən çətin günlərinin xilaskarıdır. Geyinməyə heç nə tapmayan zaman imdada gələn cinsləri bəyaz ketalarla tamamlayaraq stil sahibi olarsınız.

white_sneakers_1

Yubka ilə

Yubkanın uzunluğunun fərqi yoxdur, bəyaz ketalar hamısı ilə əla qalır. Mövsümə uyğun olaraq onu corablı, ya da corabsız da geyinə bilərsiniz. Daha fərqli görünmək istəyənlər isə klassik üslubla - qələm ətəklə birlikdə kombinasiya edə bilər.

white_sneakers_2

Parçadan tikilən şalvarla

Çox havalı görünməyə iddialısınızsa, bu stili sınaqdan keçirin.

white_sneakers_10

Şortla

Şortlar çox rahat olduğu üçün yayda bizi istiyə daha dözümlü olmağa kömək edir. Bəyaz ayaqqabılar şortlarla da əla qalır. Bu stili tökülən köynəklərlə də birləşdirə bilərsiniz.

white_sneakers_5

Donla da geyinə bilərsiniz

Bəyaz idman ayaqqabılarını donlarla da birləşdirmək olar. Tətil gəzintilərində lap rahat olmaq istəyirsinizsə, baletkaları idman ayaqqabıları ilə əvəz edin.

white_sneakers_4

Başdan ayağa bəyaz

Başdan ayağa tək rəng geyinmək mövsümün trendləri arasında yer alır. Tamamilə bəyaz geyinərək, bütün nəzərləri üzərinizə toplaya bilərsiniz. Minimal stil yaxalamaq istəyənlərin mütləq sınaqdan keçirməli olduğu kombindir.

white_sneakers_11

Tamamilə qara

Qaranın cazibəsi ilə bəyazın saflığını birləşdirin. Nəticədə çox çəkici kombin alınacaq. Bu obrazda ayaqlarınızı vurğulamaq istəyirsinisə, bəyaz idman ayaqqabıları geyinin.

white_sneakers_6

Dəri geyimlərlə

Dəri geyimləri qadını çox cazibədar göstərən stillərə daxildir. Ağ idman ayaqqabılarının dəri ilə sintezi isə sizin cazibənizə rəng qatacaq.

white_sneakers_7

Monokorm geyimlərin altına geyinin

Zolaqlı, xallı, həndəsi fiqurların olduğu parçaları bəyaz ayaqqabılarla birləşən zaman ortaya gözəl nəticə çıxır.

white_sneakers_8

Pastel rənglərlə birlikdə

Bəyaz idman ayaqqabılarını öz tonlarına yaxın, açıq rənglərlə uyğunlaşdıraraq yumşaq stil yarada bilərsiniz.

white_sneakers_3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm