"Kişini xoşbəxt etmək üçün seksual və məsum olmaq lazımdır"
Bizi izləyin

Tabloid.az

"Kişini xoşbəxt etmək üçün seksual və məsum olmaq lazımdır"

3 aylıq hamilə ikən evlənən aktrisa: “Kişi mühafizəkar olmamalıdır”

“Şirin söhbət”də bu dəfə tamaşaçılara “Kavak yelləri” və “Möhtəşəm yüz il” seriallarından tanış olan gözəl aktrisa Pelin Karahan qonaq olacaq.

Heç bir aktyorluq təhsili olmayan Pelin Karahanın şöhrət pillərini necə çıxdığını, evliliklərini, gözəllik sirrlərini öyrənmək istəyirsinizsə, “Şirin söhbət”i oxuyun.

Pelin Karahan aktrisalığa başladığı ilk illərdən gündəmə gəlməyi və diqqət çəkməyi bacarıb. Bunda onun gözəlliyinin və yaşadığı eşq macəralarını rolu böyükdür. Rol aldığı seriallarda tanış olduğu aktyorların bir çoxu ilə eşq romanı yaşayan aktrisa münasibətlərini gizləməyib.

İlk dəfə 2011-ci ildə idman salonunda tanış olduğu Erdinç Bekiroğlu ilə ailə həyatı quran Pelin 2 il sonra qısqanclıq səbəbindən boşanıb.

2014-cü ildə 3 aylıq hamilə olan aktrisa sevgilisi, iş adamı Bedri Güntay ilə evlənmək üçün məhkəməyə müraciət etməli olur. Bütün bunlar onu gündəmdə saxlayır.

Aktrisanın başından keçənləri öz dilindən eşitmək daha maraqlı olacaq.

- İlk evləndiyi şəxs idman müəllimin idi. Niyə bu nikahın ömrü qısa oldu?

- Biz ilk görüşdə aşiq olmuşduq. İki il evli olduq. Ancaq o, çox dəyişdi, məni hamıdan qısqanmağa başladı. Ona görə də boşanmalı oldum.

Pelin Karahan #Celebrities Cosmopolitan Photo by Serhat Hayri

- Bəlkə evliliyə hazır deyildin, axı yaşın elə də çox deyil...

- Yox, mən hazır idim. Heç nədən qorxmurdum, ev qadını olmağı belə sevirdim. Yemək bişirirdim, evi təmizləyirdim. İki tərəf anlaşsa, evlilik elə də çətin deyil.

- Evliliyin uzun müddət davam etməsi üçün ilk şərt nədir?

- Münasibətlərdə qarşı tərəfi düşünmək və onu xoşbəxt etməyə çalışmaq əsasdır. Hər şey qarşılıqlı olmalıdır. Sevdiyiniz insanı dinləməli, başa düşməlisiniz. O zaman xoşbəxt olmaq mümkündür.

- İdmanla məşğul olursan?

- İdmanı sevməsən onunla məşğul olmaq mümkün deyil. Mən idmanı çox sevirəm, idman edəndə çox xoşbəxt oluram. Bəzən salona getməyəndə evdə idman edirəm. Sağlamlıq üçün bu, çox vacibdir.

- Aktrisa olmağa necə qərar verdin?

- Nə vaxtsa aktrisa olacağımı ağlıma belə gəlmirdi. Tamamilə təsadüf nəticəsində bu peşəyə gəlmişəm. Ətrafımdakı insanlar həmişə gözəl olduğumu deyirdilər və bir agentlikdə qeydiyyatdan keçməyimi istəyirdilər. Ancaq mən gözəlliyin üstünlüyündən faydalanmaq istəmirəm. Gözəllik itirilə bilər. Ona bel bağlamaq olmaz. Ona görə də öz üzərimdə işləyirəm. Daha təbii oynamağa, obrazı daha inandırıcı canlandırmağa çalışıram.

- Dedin ki, gözəllik itirilə bilər. Ona görə də onu qorumaq lazımdır. Sənin gözəlliyini qorumaq üçün sirrin var?

- Çoxlu şirniyyat yeyirəm. Yemək yeməyi çox sevirəm. İçki və siqaretdən istifadə etmirəm. Vaxtı-vaxtında yatıram. Xüsusilə, 8 saatlıq normal yuxu saç və dəri gözəlliyi üçün önəmlidir. Kremləri də çox sevirəm. Hər gün müxtəlif kremlərdən istifadə edirəm. Zeytun yağının çox faydalı olduğunu düşünürəm. Həmişə anam mənə zeytun yağı ilə maskalar hazırlayardı, mən də saçlarıma çəkərdim. Çəkilişlərdə saçım daim fenin təsirinə məruz qalır. Ona görə də tərkibində zeytun yağı olan şampunlara üstünlük verirəm.

- Bu qədər populyar olacağını xəyal etmişdin?

- Xeyir. Qarşıma gözlədiyimdən tam fərqli bir yol çıxdı. Şöhrətli olmaq asandır. Ancaq daim bu şöhrəti qoruyub saxlaya bilmək çətindir.

Bəzən kimsə küçədə soyunub, məşhur olur. Ancaq bu şöhrəti qorumaq üçün həm bacarıq, həm də şans lazımdır.

Gözləmədiyim qədər populyaram.

- Şöhrət həyatında nələri dəyişdirdi?

- Şöhrət insanı çərçivəyə salır və azadlığını əlindən alır. Daha məsuliyyətli olmağa məcbur edir. Çünki gənclər səndən nümunə götürür və hər addımın təqib edilir. Bir səhv ilə insanlar səni tam fərqli tanıya bilərlər. Ona görə də karyerama zərər verməmək üçün çox diqqətli olmağa çalışıram. Xüsusilə də telefonla fotoşəkil çəkmək mümkün olandan həyat çətinləşib. Hamı paparassilik edir.

- Sən də Beren Saat, Berrak Tüzünataç və Sinəm Koballa eyni yaşdasan, niyə onlar qədər məşhur deyilsən?

- Yaşımız eyni olsa da, onlar məndən daha təcrübəlidirlər. Məndən daha öncə bu aləmin içinə daxil olublar. Ancaq mən də aktyorluq təhsilim olmamasına rəğmən yaxşı yerdəyəm. “Möhtəşəm yüz il” kimi serialda rol aldım. Məncə, bu karyeram üçün uğurlu addım oldu. Bir çox reklam təklifləri gəlir.

Pelin Karahan-Turkish Actress

- Bəs nə vaxtsa bu sahədə təhsil almaq planın var?

- Əslində çox istəyirəm. Ancaq seriallar, evlilik, hamiləlik, bütün bunlardan vaxt tapa bilmədim. Gələcəkdə mütləq kurslara gedəcəyəm.

- Heç bu işdən sıxıldığın olur?

- İnsan sevdiyi işlə məşğul olsa belə, bəzən sıxılır. Məndə də olur. Bəzən çox yorğun olanda, özümü çox pis hiss edəndə kamera qarşısına çıxmaq, obrazımı oynamaq istəmirəm. Ancaq kameranın işıqları yanıb, rejissor göstəriş verən kimi heç nə olmamış kimi oynayıram. Bunda bi raz da işlədiyim insanların rolu var. Bu günə kimi eyni layihədə yer aldığım bütün həmkarlarımdan məmnun qalmışam. Bu işə başladığım ilk dövrlərdə mənə çox kömək ediblər, təcrübələrini paylaşıblar.

- Maddi çətinlik çəkdiyin dövrlər olub?

- Orta təbəqədənolan bir ailədə böyümüşəm. Yəni nə kasıb olmuşuq, nə də zəngin. Elə vaxt olub ki, maddi çətinliklər çəkmişik. Ancaq ailə üzviləri bir-birinə dəstək olanda bütün problemlər həll olunur.

- Ailə üzvlərin ilə problemlərin olub?

- Bu mövzuda çox danışmaq istəmirəm. Hamı bilir ki, anam və atam ayrılıb. Bu dövrdə artıq bu, problem deyil. Bir çox ailələr dağılır. Uşaqlar valideynlərin biri olmadan həyatlarına davam etməli olurlar. Anam məni tək böyüdüb. Anamla atamın ayrılması psixologiyama heç bir mənfi təsir göstərməyib. Hazırda atamla görüşmürəm. Anam ikinci dəfə evlənib. Həmin evlilikdən dünyaya gələn bir qardaşım da var.

- Aranızda neçə yaş fərq var?

-Qardaşımla aramda 21 yaş var. Ona görə də özümü onun anası kimi hiss edirəm. Bu təcrübə hazırda mənə çox kömək edir. Elə bil birinci dəfə ana olmuram. Daha öncədən ana olmağın nə demək olduğunu hiss etmişəm.

- 17-18 yaşlarında etdiyin ən ağlasığmaz hərəkət nə olub?

- Elə də çılğın bir gənc olmamışam. O vaxtlar mənə məntiqli görünən şeyləri indi fikirləşəndə uşaq beyni ilə verilən qərarlar olduğunu görürəm. Evdən ayrılıb universitet oxumaq üçün İstanbula gəldim. İndi olsaydı, bəlkə də gəlməzdim. 17 yaşında ailədən uzaqda yaşamaq bir gənc qız üçün asan deyil. İndi deyirəm ki, nə yaxşı eləmişəm, peşman deyiləm.

Pelin Karahan #Celebrities Cosmopolitan Photo by Serhat Hayri

- Bu işlərlə məşğul olmadan əvvəl də şou-biznes xəbərlərini təqib etdiyini eşitdik.

- Məsələn, Demet Akalının kiminlə evləndiyini, ya da Bülent Ərsoyun hansı yarışmada münsif heyəti olduğunu bilirdim. Çünki belə xəbərlər hər yerdə yazılırdı, göstərilirdi. Əsas xəbər buraxılışlarında belə bu tip xəbərlərə yer ayırırlar.

- Karyeranla bağlı hansı planların var?

-Plan qurmağı sevmirəm. Ancaq filmlərdə rol almaq istəyirəm. Çox seçirəm, diqqətli olub, ən düzgün qərarı verməliyəm. Çünki yanlış qərar indiki yerimdən edə bilər.

- Bu günə kimi izləyib bəyəndiyin seriallar hansılar olub?

- “İkinci Bahar”, “1001 gecə”, “Avropa yakası”, “Yarpaq tökümü”.

- Bu peşədə kimlərdən nümunə götürürsən?

- Məltəm Cumbul, Zuhal Olcay və Haluk Bilgineri çox bəyənirəm.

- Sevdiyini hiss etdirirsən, yoxsa ilk addımı qarşı tərəfdən gözləyirsən?

- Sevdiyimi hiss etdirirəm. Bunda pis heç nə yoxdur. Hamının sevməyə haqqı var.

- Yemək bişirməyi sevirsən?

- Bişirməyi də, yeməyi də sevirəm.

- Yeməyi sevirsənsə, bəs çəkini necə qoruyursan?

- Bəzən özümü tuta bilməyib çox yeyirəm. Xüsusilə, hamilə qadının yeməyə yox deməsi çətindir. Ancaq çox yediyim günün sabahı daha az yeyərək balansı qoruyuram.

- Hamiləlik necə duyğudur?

- Əla. Mən həmişə ana olmaq istəmişəm İlk evliliyimdə də istəyirdim. İndi deyirəm nə yaxşı o vaxt olmayıb. İndi özümü çox xoşbəxt hiss edirəm. Hamiləliyimi istirahət edərək keçirirəm. Gah Bodruma, gah Çeşməyə gedirik.

- Aktrisa olmasaydın, hansı peşənin sahibi olardın?

- Yəqin ki, aşpaz olardım.

- Eşitdim ki, tortu və şirniyyatları çox sevirsən.

- Çox sevirəm, özüm də bişirə bilirəm. Duzlu, şirin qurabiyələr və tortlar hazırlayıram. Sevdiyim insanlar bişirdiyimi yeyəndə çox xoşbəxt oluram. Gələcəkdə öz kafemi açmağı, bişirdiklərimi orada satmağı planlaşdırıram.

- Səncə kişi mühafizəkar olmalıdır?

- Yox, mühafizəkar olmamalıdır. Amma qadına sahiblənməlidir. Harada necə davranmalı olduğunu bilməlidir.

- Bir qadın kişidə ilk öncə nəyə diqqət edir?

- Ayaqqabıya, saata və saç kəsiminə.

- Özündə bəyənmədiyin xüsusiyyətlər hansılardır?

- Çox qərarsız insanam. Bəzən elə olur ki, bir məsələ ilə bağlı qərar vermək üçün saatlarla vaxt sərf edirəm.

- Tutduğunuz əmələ görə özünə əsəbiləşdiyin hallar olur?

- Bəzən makiyajımı silmədən yatıram. Çox yorğun olanda təmizləmirəm. Amma dəriyə çox ziyanlıdır. Ona görə də özümə çox əsəbiləşirəm.

- Sevgi, yoxsa pul?

- Sevgi qarın doyuzdurmur. Ona görə də hər ikisi lazımdır.

- Ayrılıq ağrısından xilas olmaq üçün nə etmək lazımdır?

- Başqa birini tapmaq lazımdır. Keçmiş sevgilini unutmağın ən yaxşı yolu yeni biri ilə görüşməkdir. Çünki bir insana bağlanırsan və ondan ayrılanda istər-istəməz xatirələr yada düşür, rahatlıq vermir. Yeni bir eşq isə həmin adamı unutdurur. Belə eləməsən, keçmiş sevgilini heç vaxt unutmaq olmaz.

- Səncə kişilər seksual, yoxsa məsum qadınları daha çox bəyənirlər.

- Kişidən kişiyə dəyişir. Məncə məsum qadınlarla evlənmək istəyərlər. Ancaq həmin məsum qadını seksual bir qadınla aldatmaqdan çəkinməzlər. Kişilər nə istədiyini özləri də bilmirlər. Ona görə də yerinə görə məsum və ya seksual olmağı bacarmaq lazımdır. Kişini xoşbəxt etmək üçün hər ikisi vacibdir.

- Evdə kimin sözü keçərlidir?

- Evdə xanımların sözü keçməlidir, çöldə isə kişilərin. Mən həyat yoldaşıma hörmətlə yanaşıram, təbii ki, bu, qarşılıqlıdır.

Pelin Karahan #Celebrities /Cosmopolitan Photo by Serhat Hayri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm