Kişiləri başdan çıxaran, ovsunlayan ətirlər
Bizi izləyin

Tabloid.az

Kişiləri başdan çıxaran, ovsunlayan ətirlər

Kişiləri başdan çıxaran, ovsunlayan ətirlər

Qoxular qarşı cinsin diqqətini çəkən gözəgörünməz qüvvədir. Qoxular istəməsək də, hissləri idarə edir. Bu da o deməkdir ki, bəyəndiyiniz kişini qoxular sayəsində də əldə edə bilərsiniz. Hətta elə qoxular var ki, kişiləri ehtiraslandırıb onların cinsəl arzularını oyadır, bəziləri isə qadınlarda xoş arzular və duyğular oyadır. Qoxuların təsirləri elmi araşdırmalarda da təsdiqini tapıb. Qarmaqarışıq insan beyni hər cür qoxuya fərqli reaksiya verir. Hətta baş ağrısını aradan qaldıra da bilir.

Kişiləri başdan çıxarmağın yollarını axtarırsınızsa, ətirlərin tərkibində bu bitkilərin olmasına diqqət edin.

Darçın: Qəribə səslənsə də, kişilər darçın qoxusunun qarşısında dayana bilmirlər. Hindistan və Şri-Lankaya aid olan bu ədviyyat kişilərə ən çox təsir edən qoxular arasındadır. Darçın cinsəl arzuları artıran özəlliyə malikdir. Qadınlar yüz illərdir ki, darçın ətirindən kişiləri əldə etmək üçün istifadə edirlər.


Vanil: Kişilər bu bitkiyə qarşı olduqca həssas olurlar. Vanil bir çox kosmetikanın tərkibinə qatılan maddədir. Bitkinin tərkibində kişilərin cinsəl arzularını idarə edən maddələr var. Necə istifadə edilməsinin fərqi yoxdur: istər şirniyytalar, istər parfum, istərsə də içkilərin tərkibində istifadə edildikdə kişilərə təsir edir. Qədim zamanlarda ereksiya problemi ilə qarşılaşan kişilərə də vanilli içkilər içizdirərmişlər. Tərkibində vanil olan ətirdən istifadə etsəniz, kişilərin sizə “Səndən nə gözəl ətir gəlir” deyəcəyindən əmin ola bilərsiniz.

Səndəl ağacı: Aparılan araşdırmalarda məlum olub ki, səndəl ağacının qoxusu kişilərin çox xoşuna gəlir. Bu qoxu qadın bədəni ilə birləşdiyi zaman kişilər üçün dayanılmaz ola bilər. Ehtiraslı və alovlu gecə keçirmək istəyirsinizsə, tərkibində səndəl ağacı olan şamlar yandıra, yaxud kremlər çəkə bilərsiniz.

Sitrus bitkiləri: Limon, qryefurt və portağal kimi sitrus qoxuları sizi unudulmaz edə bilər. Sitrus qoxularına çox həssas olan bu cür ətirlərə kişilər daha tez reaksiya verirlər. Kişilər bu qoxunu hiss etdikləri zaman qan dövranın sürətlə artdığı müşahidə olunub.

Lavanda: Lavanda bitkisindən adətən yuyucu tozların və yumuşadıcıların tərkibində istifadə edilir. Ancaq kişilər lavandanın cəzbedici qoxusu haqqında xəbərsizdilər. Belə ki, Kleopatra Mark Antoni və Yuli Sezarı lavandanın cəzbedici qoxusu sayəsində əldə edib. Yeni evlənən cütlüklər yatağın altına bir dəstə lavanda qoymaqla ehtiraslarını alovlandıra bilərlər. Lavanda qoxusu kişilərə özünü güvəndə hiss etməsini təmin edir. Əks cinsin nümayəndələrini cəzb etmək üçün tərkibində lavanda olan ətirlər alın.

Səhləb çiçəyi: Ətir olaraq vanilə oxşayan səhləb, kişilərdə dərin duyğular yaradır. Aparılan araşdırmalarda səhləb qoxusunun kişilərdə naz-qəmzə və romantizm ideyalarını birləşdirdiyi ortaya çıxıb.

QEYD: Ətirlər həyatımızda və sevdiyimiz insanların xatirəsində əbədi iz qoysa da, həddindən artıq istifadə etmək olmaz. Çünki bu, həm özünüzün, həm də ətrafdakıların baş ağrısına və ürək bulanmasına səbəb ola bilər. Kişilərə cazibədar görünmək istəyi əks nəticə ilə bitə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm