Kişilərin sağlamlığı üçün faydalı olan qidalar
Bizi izləyin

Tabloid.az

Kişilərin sağlamlığı üçün faydalı olan qidalar

Kişilərin sağlamlığı üçün faydalı olan qidalar

Sağlamlıq problemlərinin həlli həyat tərzinin vacib elementindən və düzgün qidalanmaqdan asılıdır. Qadınlarda olduğu kimi kişilərdə də düzgün qidalanma vacibdir. Kişilər də cavan qalmaq üçün faydalı məhsullardan istifadə etməlidir. Bəzi qidalar var ki, onlar kişilərin sağlamlığı üçün çox əhəmiyyətlidir. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, avokado, şokolad, müxtəlif çərəzlər, somon balığı, ananas, qoz-fındıq, sarımsaq kişilər üçün çox faydalıdır.

Avokado: Avokado tərkibində olan fol turşusu ilə bədəndəki zülal miqdarını sürətlə artırır və bədənin enerjiyə olan tələbatını ödəyir. Kalium sayəsində həm qadınlarda, həm də kişilərdə libido artırıcı xüsusiyyətlər yaradır. Dolayası ilə cinsi performansa müsbət təsir edir.

Şokolad: Kişilərə faydalı hesab olunan qidalardan biri şokoladdır. Şokolad, serotonin (xoşbəxtlik) və dopamin hormonlarını qüvvətləndirərək cinsi istəksizlik probleminin həllinə kömək edir. Şokoladı dadanlar bu təsiri daha tez hiss edirlər. Seksdən əvvəl şokolad dadmaq cütlüklərin sevgisini artırır.

Somon balığı: Tərkibində olan Omeqa 3 sayəsində, qan dövranını sürətləndirməyə kömək edir.

Cinsi gücü artıran molyuska növü: Əldə edilən araşdırmalar nəticəsində, məlum olub ki, molyuskalar da cinsi gücü artırmağa xidmət edir. Cinsi gücü artıran molyuskanın tərkibində olan sink sayəsində sperma istehsalını gücləndirir və libidonu artırır.

Ananas: Tərkibində olan bromelin sayəsində libidonu artırır.

Yumurta: Əldə edilən nəticələrə görə, o da bildirilir ki, B6 vitamini baxımından zəngin olan yumurta hormon səviyyəsini tarazlayır.

Çərəzlər: Badam, fıstıq, püstə, fındıq kişilər üçün faydalı hesab olunan başlıca çərəzlərdir. Dopamin hormonunu qaldıran və qan dövranını sürətləndirən xüsusiyyəti ilə bədəni gücləndirir.

Sarımsaq: Yedikdən sonra meydana gətirdiyi qoxu hər nə qədər pis olsa da, qan dövranını sürətləndirən təsiri və saxladığı minerallar ilə faydalı qidalar sırasındadır.

Cəmiyyətdə bir qrup insanlar da var ki, məlumatlarının azlığından və ya zərərli vərdişləri ucbatından (siqaret, araq və s.) düzgün qidalana bilmirlər. Əgər onlar da sağlamlığının qeydinə qalmağa qərar versələr, onda yuxarıda adları çəkilən ərzaq məhsullarından istifadə etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm