Pişik nəcisindən hazırlanan və 1200 dollara satılan qəhvə
Bizi izləyin

Tabloid.az

Pişik nəcisindən hazırlanan və 1200 dollara satılan qəhvə

Dünyanın ən bahalı qidaları

1. Beluqa kürüsü

Beluqa balığı nəsli tükənmək təhlükəsində olan canlılar sırasındadır. Bu balıqdan əldə edilən kürünün kilosu 10 min dollara satılır. Kürünün rəngi tünd boz və ya ağ rəngdə olur. Ağ rəngli olanı çox nadir tapıldığı üçün qiyməti daha baha olur.

2."Chocopolige"


Danimarkalı aşpaz tərəfindən yaradılan şokolad növüdür. Kilosu 4 min dollardır. Saxlama müddəti bir həftədir. Zənginləri ən sevdiyi şokolad növü hesab olunur.

3. Kopi Luvak qəhvəsi


Kilosu 1.200 dollardan olan bu qəhvə Asiyada yaşayan xüsusi bir pişik cinsinin nəcisindən hazırlanır. Əvvəlcə bu qəhvənin dənələrini pişiyin yeməyinə qatırlar, daha sonra pişiyin nəcisindən həmin dənələri seçib, təmizləyirlər və üyüdürlər. Bu qəribə üsullarla əldə edilən qəvə “dünyanın ən dadlı” qəhvəsi adlanıdırılır.

4.Ağ trüf göbələyi


Çox çətin əldə edilən bu göbələk növünün kilosu 15 min dollardır. Hətta bəzən 30 min dollara da satılır. İtaliyada yetişən bu göbələk növündən ən yaxşı aşpazlar istifadə edirlər. Bu göbələk növündən hazırlanan yeməklərə ən bahalı restoranlarda rast gəlmək olar.

5. Vaqyu əti


Bu ət xüsusi bir inək növündən əldə edilir. Bu ətdən ilk dəfə Yaponiyada istifadə olunub. Hazırda Avstraliyada çox istifadə olunur. Bu ət daha sulu və dadlı olur. Kilosu min dollara satılır.

6.Zəfəran


Dünyanın ən bahalı ədviyyatlarından olan zəfərandan daha çox Yunanıstan və Asiya mətbəxində istifadə edilir. Bir çox yerdə ucuz zəfəran tapmaq mümkündür. Hətta marketlərdə də satılır. Ancaq həqiqi zəfəranın kilosunu 11 min dollara almaq mümkündür.

7. Matsutake göbələyi


Kilosu 2 min dollara satılan bu göbələk növü daha çox İsveç, Amerika, Kanada, Yaponiya, Çin və Finlandiyada yetişdirilir.
Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm