Bu il ana olmağa hazırlaşan cazibədar ulduzlar – Fotolar
Bizi izləyin

Tabloid.az

Bu il ana olmağa hazırlaşan cazibədar ulduzlar – Fotolar

2014-cü il bir çox məşhurun evlənməsi və övlad sahibi olması ilə yadda qalacaq

2014-cü il bir çox məşhurun evlənməsi və övlad sahibi olması ilə yadda qalacaq.

Tabloid.az bu il ana olmağa hazırlaşan cazibədar ulduzları təqdim edir:

Skarlett Yohanson

Gözəl ulduz bu hissi ilk dəfə yaşayacaq. Aktrisanın çox həyəcanlı olduğu bildirilir.

Mila Kunis

Mila da ilk uşağını qucağına almağa hazırlaşır. İndidən uşaq paltarları alan və bunun üçün tez-tez alış-verişə vaxt ayıran aktrisanın çox xoşbəxt olduğu deyilir.

Kristen Anna Bell

Aktrisanın bir övladı var. İndi isə ikinci övladına qovuşacağı günü səbirsizliklə gözləyir. Aktrisa hamiləlik fotolarının yayılmasını istəmədiyi üçün evdən çölə çıxmır.

Eva Mendes

Amerikalı aktrisa, model və müğənni Eva Mendes də ilk dəfə analıq hissini yaşayacaq. Gözəl aktrisanın Holivudun ən gözəl körpəsinə sahib olacağı deyilir. Buna səbəb Evanın övladının atasının yaraşıqlı aktyor Ryan Qoslinq olmasıdır.

Kristiana Aqilera

Gözəl müğənni hamiləlik fotolarının yayımlanmasından çəkinmir. Hətta xüsusi fotosessiyalar da etdirir. Kristiananın övlad sahibi olduqdan sonra bir müddət karyerasına fasilə verəcəyi gözlənilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm