• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Milyonlarım olsa da, 5 min manatlıq paltar geyinmərəm” - Fotolar

“Milyonlarım olsa da, 5 min manatlıq paltar geyinmərəm” - Fotolar

“Azəri star-2006”-nın qalibi, müğənni Fidan Süleymanova Maldiv adalarına yollanıb.

Səfərə çıxmazdan öncə ifaçı Tabloid.az-ın suallarını cavablandırıb.

Fidan həm istirahətindən, həm yaradıcılıq planlarından, həm də efirdə az-az görünməyindən danışıb:

- İsti yay günlərində daha çox istirahət etməyə üstünlük verirəm. Bir iki günə Maldiv adalarına yollanacağam. Ən azı 20 gün ecazkar yerdə dincəlib, istirahət etməyi düşünürəm. Daha sonra isə Bakıya qayıdacağam. Sentyabrda isə yeni yaradıcılıq işlərimə start verəcəyəm. Onu da deyim ki, Maldivdə olarkən maraqlı fotosessiya etdirməyi düşünürəm.

- Fidan yaradıcılığında əksər hallarda fasilələr olur. Bu nə ilə bağlıdır?

- Düzünü desəm, sənətimdə fasilə olmayıb. Efirdə görünmədiyim müddəti üst-üstə hesablasaq, ümumilikdə bir il ancaq edər. Amma tamamilə bir il efirdən kənar qaldığım olmayıb, sənətdən uzaqlaşmamışam. Sadəcə, efirlərdə çox görünmürdüm. Deyim ki, qazanc dalınca qaçmaq, el şənliklərinə getmək də insanı haradasa efirdən kənar salır.

- Bəlkə şou-biznesdə təbliğatınız zəifdir? Ona görə efirlərdə az-az görünürsünüz?

- Şou-biznes dili ilə desək, məndə “raskrutka” heç bir zaman olmayıb. Sadəcə, müğənni kimi yeni mahnım olub, efirlərə dəvət ediblər. Gedib, mahnımı ifa etmişəm. Dəvət almayanda isə el şənliklərində, konsertlərdə çıxışlarım olub.

- Hazırda əksər müğənnilərimiz Türkiyə şou-biznesinə üz tuturlar. Siz də özünüzü nə zamansa qardaş ölkənin səhnəsində sınamaq istərdinizmi?

- Mən çox sevinirəm ki, bizim xalq artistlərimiz Brilliant Dadaşova, Aygün Kazımova, Röya Türkiyədə Azərbaycan musiqisini təbliğ edirlər. Bu çox yaxşı haldır. Özümə gəlincə, bu, gələcəyin işidir. Türkiyədə tanıdığım bir çox musiqi adamları var. Bunların arasında prodüserlər də çoxdur. Musiqi şirkətləri ilə də həmçinin əlaqələrim var. Hələ Azərbaycanda özümü istədiyim səviyyədə tanıdım, gənc bir müğənni kimi özümü təsdiqləyim. Bütün bunlardan sonra inşallah, qismətimdə varsa, Türkiyə şou-biznesində də görünərəm.

- Bir az da xanımları maraqlandıran məsələlərdən danışaq. Qarderobunuzda ən bahalı geyimin qiyməti neçədir?

- Geyimlərimə çox pul xərcləmirəm. Qarderobumda ən bahalı paltarın qiyməti 400 manatdır. Ayaqqabı isə 200 manat olub. Yəni geyim və ayaqqabıya çox pul verən deyiləm. Milyonlarım olsa da, 5 min manatlıq paltar geyinmərəm. Çünki çox çətinliklər, əziyyətlər görmüşəm.

Düşünürəm ki, bir paltara 5-6 min manat və yaxud daha çox pul vermək, kobud səslənməsin, insanlıqdan deyil. İnsan gərək, ətrafına baxsın, bəlkə elə bir qohumunun kiçik məbləğdə pula ehtiyacı var?! Normal, gözəl göründükdən sonra inandırım sizi, 5 min manatlıq paltarın 3 yüz manatlıqdan heç bir fərqi görünmür. Həddindən artıq bahalı geyinmərəm. Mən o pulları müğənni kimi öz işimə, sənətimə yatırım edərəm. Dostuma, tanışıma, ətrafıma kömək edərəm.

- Hər bir qadının geyimlə bağlı zəif nöqtəsi olur. Siz daha çox nə almağı sevirsiniz?

- Paltar almağı çox sevirəm. Hər gün evdən çıxanda, sükan arxasında olanda belə, gözüm vitrinlərdəki paltarlarda qalır. Onu da deyim ki, paltarlarımı hər zaman özüm seçirəm. Amma ayaqqabılarımı anam bəyənir. Qarderobumu açanda özüm aldığım paltarı ikinci dəfə geyinmək istəmirəm. Amma ayaqqabılarım çox gözəldir. Çünki anamın zövqü çox yaxşıdır. Onun seçdiyi ayaqqabılar dadıma çatır, hər zaman da geyinirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR