Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı
Bizi izləyin

Tabloid.az

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Ali təhsil hər bir insan üçün vacibdir. Dizayn sahəsində bu, geyimin hazırlanması texnikasını düzgün bilmək, modelləşdirməni öyrənmək, yaradıcılıq qabilliyyətini ortaya çıxarmaqdır. Bəs dizayn sahəsi üzrə mükəmməl təhsili harada almaq olar?

Buro 24/7 redaksiyasının hazırladığı siyahıda siz bakalavr və ya magistr diplomu ilə təmin edən məktəb, kollec, universitet və akademiyalar görəcəksiniz. Yüksək qiymətləndirilən məktəblər əsasən məşhur məzunları ilə seçilənlərdir. Onların əksəriyyəti beynəlxalq tələbələri məmnuniyyətlə qəbul edirlər və hətta bəziləri xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması üçün qrant, təqaüd proqramları, müsabiqələr təklif edirlər.

15. Savanna İncəsənət və Dizayn Kolleci (The Savannah College of Art and Design), ABŞ.
Əsası 1978-ci ildə qoyulan kollecdə "Fashion Design", "Fashion Marketing & Management", "Accessories Design", "Jewelry and objects", "Luxury and Fashion Management" fakültələri var. Tədris ili müddətində tələbələr Zak Posen, Kartin Malandrino kimi məşhur dizaynerlərlə habelə, "The New York Times" və "Women's Wear Daily" kimi media qurumları ilə tanış olmaq imkanına malikdirlər. Kollec tələbələrə Atlantada və Honkonqda təhsil almaq imkanı da verir.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı
14. Şenkar Mühəndislik və Dizayn Kolleci (Shenkar College of Engineering and Design), İsrail.
Kollec 1970-ci ildə yaradılıb və təhsil müddəti 4 ildir. Moda dizaynı üzrə ixtisaslaşan mərkəzdə fotoqraflıq, qrafika, reklam, heykəltaraşlıq, dərzilik, toxuculuq, moda-jurnalistika kimi sahələr üzrə kurs almaq imkanı da var. Kolleci bitirən məşhurlar sırasında Alber Elbaz, Kobi Halperin, Nili Lotanın adını çəkmək olar.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Alber Elbaz

Alber Elbaz

13. "İncəsənət akademiyası" universiteti (Academy of Art University), ABŞ.
1929-ci ildə yaradılan universitet "Fashion Design", "Knitwear Design", "Textile Design", "Fashion Journalism" və "Fashion Merchandising & Marketing" kimi ixtisasları təklif edir. Ali təhsil ocağı Ralph Lauren, Donna Kran, BCBG, Gap İnc kimi məhşur şirkətlərlə əməkdaşlıq edir. İncəsənət akademiyası Nyu-Yorkda moda həftəsi zamanı öz tələbələrinin işlərini nümayiş etdirən yeganə universitetdir. Los Ancelesdə daimi təhsil almaq imkanı var, hətta bəzi ekspertlərdən onlayn kurs belə almaq olar.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı
12. Studiya Berkot (Studio Bercot), Fransa.
1955-ci ildən fəaliyyət göstərən universitetdə "Fashion Design" ixtisasında iki illik təhsilini əla qiymətlərlə bitirən tələbələrin üçüncü ili pulsuz oxumaq şansı var. Universitet biznesin idarə olunması, moda sənayesi, moda dizaynı və moda tarixi kimi ixtisasları təklif edir. Məşhur məzunları Martin Sitbon, Lolita Lempika, İzabel Marant, Sofi Talet və Nikol Faridir.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Izabel Marant

İzabel Marant


11. London moda kolleci (London College of Fashion), Böyük Britaniya.
Krallığın ən nüfuzlu kolleclərindən birinin tarixi 1986-cı ildən başlayır. Moda sənayesi ilə əlaqədar müxtəlif ixtisaslar təklif edən məkanda tələbələr Banqladeş, Çin, Hindistan, Dubay, Şrilanka, Türkiyə və Özbəkistanda təcrübə keçə bilərlər. "Fashion Design" sahəsi üzrə təhsil proqramında dərslərin sayı daha çoxdur. Tekstil, geyim və ayaqqabı modelləşdirilməsinin öyrədilməsi başlayan dərslər teoriya və moda sahəsində təcrübə üçün moda bazarında nümayiş etdirilməsi ilə başa çatır. Həmçinin zərgərlik, ayaqqabı dizaynı və biznesin idarə olunması sahəsinə aid kurslar da var. Kollecin məhşur məzunu Jimmy Choo markasının təsisçisi, dizayner Cimmi Çudur.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Cimmi Çu

Cimmi Çu

10. İncəsənət Kral kolleci (Royal College of Art), Böyük Britaniya.

Universitet 1837-ci ildə yaradılıb, tələbələrə "Fashion Design" və "Textiles" sahələrində təhsil almaq imkanı təklif edir. Kollecdə moda tarixi, texnologiya, dizaynda yeni texnologiyalar kimi dərslər də keçirilir.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

9. Uestminster universiteti (University of Westminster), Böyük Britaniya.
Təhsil mərkəzi 1838-ci ildə yaradılıb, tələbələrin «Fashion Design» sahəsində 3 ya da 4 ilə qədər təhsil almaq imkanı var. Tələbələrin ilk iki illik təhsili moda dizaynının əsasları bağlıdır. Bacarıqlı tələbələr üçüncü ili işləyərək təcrübə toplamaqla dəyərləndirilir və daha sonra təhsillərinin 4-cü ilinə keçmək şansı qazanırlar. Bu 3-cü ili Parisdə Lanvin, Haider Ackermann, Balenciaga, Dior Couture and Givenchy. Londonda Alexander McQueen, Gareth Pugh, Giles, Burberry, Christopher Kane, Mulberry və Celine, Nyu-Yorkda Diane Von Furstenburg, Thom Browne, Marc Jacobs and Alexander Wang kimi brendlərlə işləyərək keçirmək olar. Təhsilin sonuncu ilə tamamilə məzun kolleksiyasının yaradılması həsr olunur. Məşhur məzunları Vivyen Vestvud, Kristofer Beyli, Maykl Qerç, Stuart Vivers, Keti Xiller, Sofi Dindir.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Vivyen Vestvud


8. ESMOD məktəbi (l'Ecole Supérieure des Arts et techniques de la Mode), Fransa.
Əsası 1841-ci ildə Parisdə qoyulsa da, hazırda məktəbin Berlin, Münhen, Pekin, Beyrut, Damask, Dubay, Cakarta, Osakada, Tokio, Oslo, Seul, San Paulo, Sus, Tunis və Malaziyada filialları var. Məzunları öz ixtisaslarına uyğun işlərlə təmin edilir. Həmçinin, tələbələr 3 illik, daimi və ya axşam təhsili, istəklərinə və imkanlarına görə qiyabi təhsil də ala bilərlər. Kristofer Dekarnin bu məktəbi bitirib.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı
7. Maranqoni institutu (Istituto Marangoni), Fransa.
İnstitut 1935-ci ildə təsis edilib. "Fashion Design", "Fashion Business", "Fashion Buying", "Brand Management" və "Fashion Promotion" sahələri üzrə təhsil verir. Təhsil seçimdən asılı olaraq 1, 3 və ya 4 illik ola bilər. İnstitutun fəxri tələbələri Domeniko Dolçe və Franko Moskinodur.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Domeniko Dolce

6. Sinkate yüksək moda dizayn məktəbi (Ecole de la Chambre Syndicale de la Couture Parisienne), Fransa.

Tarixi 1927-ci ildən başlayan məktəbin Alma Mater, İv Sen Loran, Karl Lagerfeld, İssey Miyak, Valentino, Nikol Miller kimi nüfuzlu tələbə siyahısı var. "Fashion Design & Technique" fakültəsində 4 illik təhsil sizi moda dünyasının ən parlaq simasına çevirə bilər. Bu institut tamamilə modaya həsr olunub və burada dizayn, fotoqraflıq, biznesin idarə olunması, heykəltaraşlıq, moda sənayesi və müxtəlif sahələrə aid proqramlar, hətta oyuncaq dizaynı fakültəsi belə var. Məktəbin gecə və həftəsonu təhsili, onlayn kurs, xaricdə təhsil kimi imkanlarından da yararlanmaq olar.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Karl Lagerfeld



5. Texnologiya moda institutu (Fashion Institute of Technology), ABŞ.
Yarandığı 1944-ci ildən bu institut tamamilə modaya həsr olunub. İnstitutda təhsil gecə və həftəsonu dərsləri olmaqla, 2 yerə bölünür. Rim Akra, Françisko Kosta, Nina Qarsiya, Karolina Errera, Kelvin Klayn, Maykl Kors, Nnanett Lepor və Ralf Rucci kimi dizaynerlər mükəmməl təhsillərinə görə bu institute borcludurlar.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Maykl Kors

Maykl Kors


4. Gözəl incəsənət Kral akademiyası (Royal Academy of Fine Arts), Belçika.
Əsası 1663-cü ildə qoyulan universitetdə 3 və ya 4 il müddətində "Fashion Design" sahəsində yüksək təhsil almaq olar. Məşhur məzunları Anna Demelmeyster, Dris van Noten, Dirk Bikkemberqs, Valter Van Berendonk, Marina Yi, Martin Marjela, Veronika Brankuinxo, Hayder Akkerman, Peter Pilotto və Bruno Pietersdir.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Peter Pilotto nümayişi


3. Bunka moda kolleci (Bunka Fashion College), Yaponiya.
Tarixi 1919-cu ildən başlayır, kollecdə "Fashion Design", "Fashion Creation & Technology", "Marketing", "Accessories & Textiles" fakültələri var. Kollecin özəlliyi bütün istedadlı məzunlarını işlə təmin etməsindədir. Bunka illik və ya onlayn təhsillə sertifikat da verir. Lakin qəbulun əsas şərtləri yapon dilini bilmək və təhsil müddətində heç yerdə işləməməkdir. Məzunların moda nümayişləri Parisdə keçirilir. Kenzo Takada, Yuniya Vatanabe, Yoxi Yamamoto, Xiroko Koşino və Çisato Çumori məhz Bunka moda kollecini bitiriblər.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Kenzo Takada

Kenzo Takada

2. Parsons yeni dizayn məktəbi (Parsons The New School for Design), ABŞ.
Məktəb 1896-ci ildə yaradılıb, "Fashion Design", "Fashion Studies" və "Fashion Marketing" kurslarından istənilən birini seçməklə, özünüzə həm də uğurlu karyera təminatı verirsiniz. Donna Karan, Mark Ceykobs, Tom Ford, Narçiso Rodrigez, Aleksandr Vanq, Anna Sui, Ceyson Vu, Cenna Layons, Proenza Schouler, Lazaro Ernandes, Cek Makkalou, Vena Cava, Bexnaz Sarafpur, Du Ri Çanq, Sofiya Buxai və Liza Meyok kimi məzunların uğurları sizi də həvəsləndirəcək.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Aleksandr Venq

Aleksandr Venq


1. Müqəddəs Martin adına İncəsənət və dizayn mərkəzi Kolleci (Central Saint Martins College of Art and Design), Böyük Britaniya.
Tarixi 1854-ci ildən başlayan kollecdə "Fashion", "Textile" və "Jewelry Design" fakültələri var. Təhsil ocağının moda dünyasında ilk yerdə olmasını isə məzun siyahısı müəyyən edir. Bu siyahıda olan yeganə kollecdir ki, məzunlarının nümayişlərini Style.com portalının arxivində saxlayır. Stella Makkartni, Con Qalyano, Aleksandr Makkuin, Febe Filo, Kristofer Keyn, Zak Pozen, Hemiş Boulz, Pol Smit, Cillz Cikon, Luella Bartli, Cenni Pekhem, Conatan Saunders, Elis Temperli, Mariyos Şvab, Rikardo Tişi, Metyu Uliyamson Müqəddəs Martin adına kollecin fəxri tələbələridirlər.

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Stella MakKartni

Modanın ən yaxşı öyrədildiyi 15 universitet - Siyahı

Aleksandr MakKuin

Mənbə:http://www.buro247.az/fashion/buro-secir/modan-n-n-yax-yr-dildiyi-15-universitet-siyah.html

Oxumağa davam et
Reklam
Reklam

Gündəm