Daha gözəl qaralmaq üçün təbii yağların təsiri
Bizi izləyin

Tabloid.az

Daha gözəl qaralmaq üçün təbii yağların təsiri

Daha gözəl qaralmaq üçün təbii yağların təsiri

Yaxşı qaralmaq üçün Günəşə çıxmazdan yarım saat əvvəl təbii kremlər çəkə bilərsiniz. Təbii yağlardan hazırlanan kremləri incə təbəqə şəklində masajla dəriyə yedirin. Saat 11:00-15:00 arasında Günəşin altında qalmayın. Bu dərinin qocalmasını sürətləndirir, həm də ləkə yarada bilər. Gözəl qaralmaq üçün təbii yağlardan istifadə edərək ev şəraitində krem hazırlaya bilərsiniz.

Kök tərkibli qaraldıcı krem

3-4 ədəd mixək

2 ədəd kök

Zeytun yağı

Hazırlanması: Kökü rəndələyib kasaya tökün. Üzərini örtəcək qədər zeytun yağı və mixəkləri əlavə edin. Bankaya tökdükdən sonra Günəş şüası düşən yerə qoyun. 2 həftə saxlayın. Sonra qarışığı süzün. Arzu edərsənizsə, içinə kirşan da əlavə edə bilərsiniz. Pudra qoruyucu faktora malikdir. Qaralmaq istəyirsinizsə, mütləq bu qarışıqdan istifadə edin.

Kakao yağı ilə qaralın

1 çay qaşığı kök yağı

1 çay qaşığı kakao yağı

1 çay qaşığı qliserin

1 yemək qaşığı ozon yağı

1 çay qaşığı fındıq yağı

1 çay qaşığı badam yağı

Hazırlanması: Bütün yağları bir saxsı kasanın içinə tökün və taxta qaşıqla qarışdırın. Əgər qaralmanın effektini artırmaq istəyirsinizsə, kök yağını ikiqat əlavə edə bilərsiniz. Günəş vannası qəbul etməzdən 10 dəqiqə əvvəl dəriyə sürtə bilərsiniz. 25 faktor qoruyucusu olan bu yağ qarışığı dərini təbii və daha gözəl qaraldacaq.

Berqamot yağı ilə qaraldıcı krem

50 qr küncüt(susam) yağı

50 qr berqamot yağı

50 qr qoz yağı

50 qr kakao yağı

Hazırlanması: Bütün yağları saxsı qabın içinə tökün və taxta qaşıqla qarışdırın. 20 gün bu qarışığı günün altında saxlayın və vaxtaşırı qarışdırın. 20 gündən sonra Günəşə çıxmazdan 20 dəqiqə əvvəl dəriyə çəkin.

Küncüt (susam) yağı ilə bronzlaşdırıcı krem

2 ədəd kök

susam yağı

1 ədəd çubuq darçın

1 çay qaşığı mixək

Hazırlanması: Kökü rəndələyin və saxsı qabın içinə digərlərini də əlavə edin. Ağzını bağlayın və Günəş şüasının altında 2 həftə saxlayın. Bu təbii qaraldıcı vasitə sayəsində dəriniz daha gözəl görünəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm