Baxışları daha mənalı göstərməyin yolları - Fotolar
Bizi izləyin

Tabloid.az

Baxışları daha mənalı göstərməyin yolları - Fotolar

Baxışları daha cazibədar və mənalı göstərməyin yolları - Fotolar

Gözləriniz kiçikdir, bəlkə də kifayət qədər qıyıq deyil... Yoxsa, siz iri və yumru gözləri xoşlayırsınız? Tabloid.az göz qələmi ilə istədiyiniz formanı tətbiq etmək qaydalarını izah edir:

Göz makiyajının qüsursuz olmasını təmin etmək üçün 2 şeyə ehtiyacınız var. Biri göz qələmi, digəri isə bizim məsləhətlərimizdir.

  • Makiyajın daha diqqət çəkən olması üçün göz kölgəsi ilə eyni rəngdə göz qələmindən istifadə edə bilərsiniz.
  • Qaşların daha qalın və səliqəli olması istəyirsinisə, göz qələmini qaş qələmi yerinə istifadə edin.
  • Tünd göz kölgəniz bitib? O halda boz, qəhvəyi, ya da qara göz qələmini qulaq çöpü, yaxud pambıqla göz qapaqlarına yayın.
  • Pişik gözlərə sahib olmaq üçün qələmi göz qurtaracağından gicgahlarına doğru uzatmaq kifayətdir!
  • 60-cı illərin dəbinə uymaq istəsəniz, qələmlə yanağınıza, ya da dodağın üstünə bir xal qoya bilərsiniz.
  • Yaponlar kimi qıyıq gözlərə sahib olmaq istəyirsinizsə, göz qələmini üst və alt kirpiklərin ortasından başlayaraq göz axırına qədər çəkin!
  • Əgər ağ dərilisinizsə, qəhvəyi göz qələmi çəkərək üz cizgilərini yumşalda bilərsiniz.
  • Gözləriniz böyükdürsə, iç qisimlərinə qələm çəkərək onları daha kiçik göstərə bilərsiniz.
  • Gözlərinizi daha böyük göstərmək istəyirsinizsə, alt və üst ətrafına qələm çəkməyiniz kifayətdir!
  • Gözləriniz aşağı doğrudursa, kirpik diblərinə düz şəkildə qələm çəkərək xoş bir görüntü əldə edə bilərsiniz.
  • Dumanlı göz makiyajı istəyirsinizsə, göz qələmini çəkdikdən sonra qulaq çubuğu ilə xətti səliqə ilə dağıdın. Beləliklə, Cansu Dərənin gözləri kimi dumanlı baxışlara sahib ola bilərsiniz.
  • Gözlərin qıyıq görünməsini istəyirsinizsə, göz kənarından başlayıb gözün sona qədər qələm çəkin.
  • Gözlərin iç və xarici hissəsinə qələm çəkmək, baxışların daha da mənalı olmasını təmin edir.
  • Alt göz qapaqlarına ağ qələm çəkməklə gözlərin daha parlaq görünməsini təmin edə bilərsiniz.
  • Gözləriniz bir-birindən uzaqdırsa, göz ortasından göz kənarına qədər alt və üst hissəsinə qələm çəkin.
  • Gözləriniz bir-birinə yaxındırsa, ortasından göz sonuna qədər alt və üst hissəsinə qələm sürməlisiniz.
  • Qaşları daha uzun göstərmək istəyirsinizsə, uyğun rəngli göz qələmi ilə qaşları uzada bilərsiniz.
  • Gözləriniz rənglidirsə, rəngli göz qələmlərini sınayın. Mavi və yaşıl tonlarda qələmlər baxışları yumşaldır.
  • Yalnız üst kirpik diblərinə qələm çəkmək gözlərin daha iri və yuxarı doğru görünməsini təmin edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm