Ayağı seksual göstərən şıq ayaqqabı dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Ayağı seksual göstərən şıq ayaqqabı dəbi - Fotolar

Dəb ikonlarının üzərində birdən çox aksessuarla rastlaşanda bu bir dəb siqnalı ola bilər. Son zamanlar Rihanna, Olivia Palermo və Aleksa Çung kimi bütün dəb ikonalarının ayağında xüsusilə bir model diqqətimizi çəkir: üstü lentli dikdabanlar... Bu ayaqqab

Dəb ikonlarının üzərində birdən çox aksessuarla rastlaşanda bu bir dəb siqnalı ola bilər. Son zamanlar Rihanna, Olivia Palermo və Aleksa Çung kimi bütün dəb ikonalarının ayağında xüsusilə bir model diqqətimizi çəkir: üstü lentli dikdabanlar... Bu ayaqqabılar ilk baxışda qladiator səndəllərini xatırlatsa da, ayaqda gözəl qalır.

Sivri burunlu və incə dabanlı bu dikdabanların üstü incə və ya qalın lentlərlə bağlanaraq ayağı bürüyür. Tabloid.az xəbər verir ki, ayağı seksual göstərən bu ayaqqabı modeli "Christian Louboutind"ən, "Cefri Campbell"ə qədər bir çox məşhur dizaynerin kolleksiyalarında yer alır.

Bu yay özünüzə yeni ayaqqabı almaq fikrinə düşmüsünüzsə, siz də üstü lentli dikdaban modellərə yönəlin. Xüsusən də burnu açıq stilettolar çox gözəl görünür. Bütün dəb ikonalarının, moda bloqqerlərinin, dünya ulduzlarının qarderobunda yer alan bu qəşəng ayaqqabı ən sadə kombinasiyalara belə maksimum cazibədarlıq qatır.

Lakdan krujeva, naxışlara, yumşaq modellərə qədər bir çox fərqli alternativi olan üstü lentli dikdabanları, istər ətək, istər şalvar, şort, istərsə də donlarla tamamlamaqda çətinlik çəkməyəcəksiniz. Lakin lentlər ayaq boyunu kəsdiyi üçün olduğundan daha qısa və kilolu görünməyinizə səbəb ola bilər. Bu dikdabanları geyinərkən dizdə və dizin altında bitən ətəklərdən qəti uzaq durmalısınız. Çünki boyu olduğundan qısa göstərir. Bu tərz ayaqqabılarda rəng seçimi də bir o qədər əhəmiyyətlidir.

Krem və neytral tonları: dəri rəngi ilə yaxın rənglər olduğu üçün ayaq boyunu kəsməz və uzun görünməyi təmin edər. Xüsusilə qısa boylusunuzsa, açıq rənglərə üstünlük verməlisiniz. 2014-ci ilin oktyabrına qədər üstü lentli dikdabanları görməyə davam edəcəyik. Məncə, bu modellər də “Must-have” (hər bir qadının qarderobunda mütləq daxil olmalı geyimlər) siyahısına əlavə olunmalıdır. Zəhmətsiz zərifliyin qapılarını aralamağı təmin edən, mövsümün ən öndə gedən ayaqqabı modellərinin bir neçəsindən ilham ala bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm