Bu yağı çəkdikdən sonra dəriniz işıq saçacaq!
Bizi izləyin

Tabloid.az

Bu yağı çəkdikdən sonra dəriniz işıq saçacaq!

Hindqozunun dəri üzərində möcüzəsi

Çimərlik mövsümüdür. Qızların əksəriyyəti dərilərinin yumşaq, hamar, ipək kimi olması üçün böyük səy göstərirlər. Yayda kosmetik məhsullar, bədən üçün qulluq vasitələri satılan mağazalarda əsl bum yaşanılır. Reklamlardan xanımlara yağlı vədlər verilir. Hər bir flakonun üzərində dərini nəmləndirdiyi, bəslədiyi, parlaqlıq bəxş edəcəyi haqqında ürəyimizcə olan məlumatlar yazılır. Gəlin etiraf ki, dəfələrlə bu məlumatlara, reklamlara aldanıb aldığımız məhsulun effketsizliyindən məyus olmuşuq.

Ümumiyyətlə, məhz hər dəriyə yaxşı təsir göstərə biləcək vasitə seçmək çətindir. Lakin bu halda bilin ki, vəziyyətdən çıxış yolu var. Təbii hindqozu yağı bu işdə əla köməkçiniz ola bilər. Hindqozu yağı dərini bəsləyir və nəmləndirir.

Кокосовое масло - Портал Домашний

Sən demə, bu möcüzəli vasitədən Kleopatra da istifadə edib! Özü də bu yağ təkcə dəriyə parlaqlıq bəxş etmir. Hindqozu yağı saçların köklərini qidalandırır, ona parıldadır, canlandırır, haçalanmış ucları bərpa edir.

Əmin olun ki, sifət dəriniz və dekolte nahiyəniz hindqozu yağından sonra hamarlığı ilə diqqət cəlb edəcək. Əgər yağdan hazırlanmış maskaları çəkməyə vaxtınız yoxdursa, onu nazik təbəqə ilə adi kremin əvəzinə üzünüzə çəkə və ya makiyajı onunla təmizləyə bilərsiniz. Amma əlbəttə ki, hindqozu yağının möcüzəsini öz üzərinizdə kəşf etmək üçün ondan hazırlanan maskalardan istifadə edin. Məsələn, bir neçə damcı hindqozu yağına xama və ya süd, bal əlavə edin.

Bu maskadan sonra dəriniz arzuladığınız kimi parıldayacaq. Zərif, hamar və parlaq olacaq! Onu da qeyd edək ki, maska dəridə yaxşı yayılır, dərhal dəriyə tez hopur, yağlı izlər qalmır. Onun ətri isə sizi məftun edəcək!

Hindqozunun lətindən də maska hazırlamaq olar, çünki onun tərkibində antioksidantlar və təbii yağlar mövcuddur.

Yeri gəlmişkən, kosmetoloqlar bu yağın saç və dəri üçün müalicəvi effektini təsdiq edirlər. Axı hindqozu yağı təkcə nəmləndirici, yumşaldıcı xüsusiyyətə malik deyil. Bu yağ həm də dəridəki yaraları, çatları sağaldır, çünki hindqozu yağı bakterisid və quruducu təsirə malikdir.

Başı hindqozu yağı ilə masaj etmək həm xoşdur, həm faydalıdır.

Bütün dəri tiplərindən bu yağdan istifadə etmək olar, çünki universaldır, istənilən dəriyə parlaqlıq bəxş etməyə qadirdir. Hindqozu yağını saçın dibinə vursanız, kəpəkdən azad olarsınız. Ucuna çəksəniz isə haçalanmış uclardan.

Bu yağdan saçlar üçün gecə maskaları düzəldin, çəkin. Başınıza sellofan papaq qoyun və yatın.

Hindqozu yağını istifadə etdikdən sonra dəri işıq saçacaq!

Tailandda istirahət edənlər yaxşı bilirlər ki, hindqozu yağı orada demək olar ki, hər tində satılır. Amma təəssüf ki, heç də həmişə keyfiyyətli yağ ala bilməzsiniz. Elə Bakıda da. Ona görə də yaxşısı budur ki, yağı rəsmi ticarət məntəqələrindən, tanınmış firmaların məhsullarından alın.

Ən əsası unutmayın, bu yağı saxlamağın öz qaydaları var. Axı hindqozu yağı çox şıltaq məhsuldur. Çox isti temperaturda və çox soyuqda - müsbət və müsbət 25 dərəcədə yağ öz konsistensiyanı itirir. Hətta mənfi 25 dərəcədə yağ buz parçasına çevrilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm