Tabloid.az
Astroloji proqnoz - 14 avqust
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Ulduzlar fəaliyyət yönümündə passivlik vəd edir. Bu səbəbdən də diqqəti münasibətlərə, soyuqlaşmış əlaqələrin dirçəlməsinə yönəldin. Nahardan sonra mədəni istirahətə vaxt ayırın.
BUĞA - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Nəzərdə tutduğunuz planları həyata keçirməkdə çətinliyiniz olmayacaq. Günün ikinci yarısında pul gözlənilir.
ƏKİZLƏR - Hansısa yeni fəaliyyətlə məşğul olmağa tələsməyin. Bunun əvəzinə hazırkı işlərinizə aludə olmağınız daha yaxşıdır. Qarşıdakı on günün planlarını indidən götür-qoy edin.
XƏRÇƏNG - Fəaliyyətinizdə mühüm irəliləyişlər gözlənilir. Bu səbəbdən də bütün mümkün variantlardan yararlanın. Yeni münasibət qurduğunuz insanlara şübhə ilə yanaşmayın. Xoflanmağa lüzum yoxdur.
ŞİR - Daha çox ehtiyatlılıq nümayiş etdirin. Xüsusən də günün birinci yarısında riskli sövdələşmələrdən, yeni təkliflərdən imtina edin. Əks cinslərinizlə tədbirli davranın.
QIZ - Maliyyə problemlərinizi aradan qaldırmaq üçün ulduzlar sizə qarşı səxavət göstərəcək. Odur ki, ümidsizliyə qapılmamalısınız. Saat 13-17 aralığında yeni təkliflər də gözlənilir.
TƏRƏZİ - Emosionallıqdan çıxıb real düşünün. Yadda saxlayın ki, indi siz nə nağıllar aləmində yaşayırsınız, nə də dünyanın sahibisiniz. Necə deyərlər, çalışıb "Ayağınızı yorğana görə uzadın".
ƏQRƏB - Hər bir məsələdə obyektiv olun. Şəxsi ambisiyalarınızı qabartmayın. Əks təqdirdə gün boyu planlaşdırdığınız işlər pozula bilər. Uzaq səfərlərinizi təxirə salın.
OXATAN - Etibarlı dostların köməyindən yararlana bilsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. İşlə bağlı müəyyən passivlik gözlənilsə də, bu, müvəqqəti xarakter daşıyacaq.
OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə hansısa günaha qol qoymayın. Hər addımda Tanrını başınız üstündə hiss edin. İnsanlara yalnız yaxşılıq edin ki, düşdüyünüz böhrandan çıxasınız.
SUTÖKƏN - Boş dayanmağa lüzum yoxdur. İşıq ucu gələn bütün yollara baş vurun. Saat 12-14 arası imicinizə xələl gətirə bilən hallardan qorunun. Gün ərzində qazanmaq şansınız da var.
BALIQLAR - Qarşınızda elə bir təqvim durub ki, rastlaşdığınız hər bir detala diqqətlə yanaşmalısınız. Ələlxüsus da qarşılıqlı münasibətlərə, ailə-sevgi davranışlarına ciddi fikir verməlisiniz.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO