Cinsiyyət orqanlarının müalicəsində ən effektiv vasitə
Bizi izləyin

Tabloid.az

Cinsiyyət orqanlarının müalicəsində ən effektiv vasitə

Misir fironlarının ən sevimli qidası

Mərcimək hələ qədim dövrlərdən insanların ən sevimli qidalarından biri olub. Mərcimək Misirdə fironların, Babilistanda imperatorların qida rasioununda yer alıb.

Mərciməyi şorbalarda, qarnirlərdə istifadə etmək mümkündür. Onun qəhvəyi, qırmızı, ağ və yaşıl növləri var. Ən faydalı olan növü yaşıl mərciməkdir.
Bəs padişahların belə sevimli qidasına çevrilən mərciməyin hansı faydaları var?

Mərcimək keçmiş zamanlarda dərman bitkisi kimi istifadə olunub. Bu bitkinin ruh sağlığı üçün faydalı olduğu hələ o vaxtlarda məlum idi. Mərciməyin tərkibində bol miqdarda C vitamin ilə yanaşı B1, B6, biotin, fol turşusu, kalium, maqnezium, dəmir, sink var.
Mərcimək həm də zülal mənbəyidir.

Tərkibindəki dəmir sayəsində qanda hemoqlobinin miqdarını artırır.

C vitamini ilə bol olduğu üçün qrip əleyhinə istifadə olunur.

Kaliumla zəngin olan bu bitki ateroskleroz və ürək ritminin pozulması zamanı faydalıdır.

Mərciməyin xüsusilə də cücərtilərindən istifadə etmək anemiyanın müxtəlif formaları, damarlarda qanaxması, uşaqlıqda qanaxmalar və qadınlarda xüsusi günlərdə həddidən artıq qan itirilməsinin qarşısını alır.

Onu da qeyd edək ki, mərcimək sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində ən yaxşı vasitə hesab olunur. Cinsiyyət orqanlarının xəstəliklərindən əziyyət çəkənlərin qida rasioununda mütləq bu bitki yer almalıdır. Cinsiyyət sistemi ilə bağlı xəstəliklərin müalicəsi üçün istifadə olunan dərmanların çoxunun tərkibində bu bitki də daxil edilir.
Mərcimək maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm