Məşhurlar dəri gözəlliyini nəyə borcludur?
Bizi izləyin

Tabloid.az

Məşhurlar dəri gözəlliyini nəyə borcludur?

Məşhurlar dəri gözəlliyini nəycə qoruyur?

Meqan Foks və Miranda Kerrin cazibədarlığının sirri bəlli olub. Gözəl ulduzlar dəri gözəlliyinin qeydinə sirkə ilə qalırlar. Sirkə təkcə dəri gözəlliyinin qeydinə qalmır, eyni zamanda, arıqlamağa kömək edən möcüzəli vasitədir.

Şirniyyat dəlisi olan Meqan Foks ideal formada qalmaq üçün alma sirkəsindən bəhrələnir. Alma sirkəsinin bədəni təmizlədiyini söyləyən aktrisa sağlam qidalanmağa xüsusi diqqət edir.

Miranda Kerr isə alma sirkəsindən adətən salatlarda istifadə edir. Həm arıqlamaq, həm də salata dad vermək üçün üzərinə alma sirkəsi əlavə edir.

Qvinet Peltrou ilə Madonna da gözəlliyi qorumaq üçün suya bir neçə damcı alma sirkəsi əlavə edib içir.

Mütəxəssislər də alma sirkəsinin olduqca faydalı olduğunu iddia edir. Əgər siz də məşhur gözəllər kimi qüsursuz görünmək istəyirsinizsə, evdə alma sirkəsindən içkilər hazırlaya bilərsiniz.

Sirkəli qarışıqlar təmizləyici özəlliyə malik olduğu üçün həzm sistemini də yaxşılaşdırır. Sirkə uzun illər bir çox fərqli məqsədlə istifadə edilib.

Dərinizi alma sirkəsi ilə silin: Dəridəki ləkə və sızanaqları aradan qaldırmaq üçün ən yaxşı üsul alma sirkəsidir. Onun qoxusu xoş olmasa da, dərini problemlərdən azad edir. Gözəllik uğrunda qadınlar nələrə dözmür ki…

Ləkəsiz, zərif və parıltılı dəriyə sahib olmaq üçün bu maskanı mütləq edin: Sızanaqlar üçün 1 stəkan alma sirkəsinə yarım stəkan su əlavə edin. Pambığı bu qarışığa batırıb sızanağın üzərinə bir müddət kompres edin.

Dəri ləkələri üçün alma sirkəsi: Bir qaba alma sirkəsi qoyub qaynadın. Daha sonra bu su ilə üzünüzə buxar duşu edin. Alma sirkəsinə su əlavə edib üzünüzü 3-4 gündən bir silə bilərsiniz. Dəri ləkələri üçün olduqca faydalıdır.

Günəş yanıqları: Günəş yanığına qarşı da 3 yemək qaşığı sirkə əlavə olunmuş su ilə 10 dəqiqə soyuq duş qəbul edin. Həmçinin sirkə ilə günəş yanıqları sarğı edilə bilər.

Alma sirkəsi həmçinin parlaq və sağlam saçlara nail olmağa da kömək edir.

Kəpəkli saçlar üçün alma sirkəsi: Saçınızı yuduqdan sonra yaxalamaq üçün 1 litr suya 1 çay qaşığı alma sirkəsi tökün və saçları bu su ilə yaxalayın. Bu əməliyyatı bir müddət tətbiq edin. Saçlar kəpəkdən təmizlənəcək və daha parlaq olacaq.

Arıqlamaq istəyənlər üçün: Bir stəkan suyun içinə 1-2 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı bal əlavə edin. Onu səhərlər nizamlı olaraq ac qarına için. İstədiyiniz çəkiyə tez zamanda qovuşmağa kömək edəcək. Bu qarışıq sizə güc və sağlamlıq verəcək.

Öskürək: Öskürəyə qarşı, 4 yemək qaşığı dolusu axıcı balla 3 orta ölçülü qaşıq alma sirkəsini yaxşıca qarışdırılar. Qaşıq-qaşıq udular.

Böyrək daşları: Süd və süd məhsulları azaldılmaq şərti ilə gündə 2 və ya 3 dəfə bir şorba qaşığı sirkə içilməsi böyrək daşı meydana gəlməsini maneə törədəcək.

Asma və bronxit: Asma, tənəffüs xəstəlikləri və bronxitdə bal ilə sirkə qarışdırılaraq gündə 2 və ya 3 dəfə içilməsi yaxşı nəticələr verər.

Boğaz ağrısı və səs batıqlığı: Boğaz ağrısı və səs batıqlığında, 1 ölçü alma sirkəsi ilə 3 ölçü ilıq su qarışdırılar və saat başı dərin qarqaralar edildikdən sonra tüpürülər.

Qızdırma salıcı: Su ilə qarışdırılmış sirkə ilə bədən silindiyi zaman qızdırma salıcı təsir göstərir.

Antiseptik: Sirkənin turşuluq dəyəri bədən ilə eyni olduğundan bədən içindəki zəhərli maddələri(toksin) təmizləyərkən bədən hüceyrələrinə zərər verməz. Bu xüsusiyyətindən dolayı bədən xaricindəki dəri üçün də yaxşı bir antiseptiktir.

Ekzema və yaralara sürtülsə böyük ölçüdə şəfa təsiri vardır. Yaralara sarğı edilərək istifadə edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm