Yayın yeni dəbi: şıq plaşlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Yayın yeni dəbi: şıq plaşlar - Fotolar

Yayın yeni dəbi: şıq plaşlar - Fotolar

Dizaynerlər xanımların plaşlara olan həssaslığını bildiyi üçün modapərəstlər üçün yaya uyğun plaşlar hazırlayıblar. Deyəsən, qulağıma “Yayda da plaş geyinələr” cümləsi gəldi. Məsələ burasındadır ki, bu plaşların əsas fərqi nazik, yay parçalarından tikilməisidir. Bu plaş dəbi, stilinə çox düşkün olan xanımlar üçündür. Yəni, qarderobunuzda olmasa da, olar.

Amma bu nazik plaşlar yay tərzini fərqli və orijinal göstərmək qabiliyyətinə malikdir. İpək parçadan tikilən militari stilindəki plaşlar qarşıdan gələn sentyabr, oktyabr ayları üçün çox əlverişlidir.

Plaşlar nə qədər rəsmi görünsələr də, onu ciddi geyimlərlə yükləmək olmaz. Onu rəsmi üslubdan xilas etmək sizin seçdiyiniz geyimlərdən asılıdır. Onu tökülən köynək, cins şalvarla geyindiyiniz zaman heç bir rəsmiyyət qalmır.

Plaş seçimində əsasən karamel tonlara üstünlük verilir. Amma siz onu əlvan rənglərlə kombinasiya edə bilərsiniz. Həm diqqət çəkici görünər, həm də ilham mənbəyi ola bilərsiniz.

Əgər boyunuz qısadırsa, dizdə bitən plaşlardan uzaq durmalısınız. Çünki bu sizi çox qısa göstərir. Əgər uzun boylu xanımsınızsa, uzun plaşlar sizə görə biçilmiş kaftandır. Dikdaban və enli cins şalvarlarla uyğunlaşdırıldığı zaman lap əla qalır.

Həm qısa boylu, həm də kök xanımsınızsa, kəmərini belinizə bağlamağı unutmayın. Kəmərlə geyinmək sizin qısa boylu olduğunuzu gizlədir.

Daha orijinal görünmək niyyətindəsinizsə, qollarını qatlayın, önünü isə acıq qoyun. Amma qolunu qatladığınız zaman altdakı köynəyin qolları görünməməlidir.

Sinəniz böyükdürsə, sinə hissəsində iri cibləri olan plaşlar almayın.

Çiyinləriniz kiçikdirsə, iri çiyinliyi olan modellərə yönəlin.

Əgər plaş almaq qərarına gəlmisinizsə, diqqətli olun. Plaşın uzunluğu dizdən 4-5 barmaq yuxarı, ya da dizdən aşağı qalan ayaq uzunluğunu çox örtməməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm