Bütün dünya bu analardan danışır – Fotolar
Bizi izləyin

Tabloid.az

Bütün dünya bu analardan danışır – Fotolar

Bu layihənin məqsədi sinəsinin gözəlliyini qorumaq üçün və ya digər səbəblərdən uşaqlarını əmizdirməkdən imtina edən analara səslənməkdir

Fotoqraf və 4 uşaq anası olan Leilani Rogers adlı qadın ''Cəmiyyəti əmzirmə haqqında məlumatlandırma” adlı bir layihəyə imza atıb.

"Dünya körpə əmizdirmə həftəsi" çərçivəsində o, ABŞ, İrlandiya və Kanadada fotoqrafları ilə əməkdaşlıq edərək cəmiyyət içində körpələrini əmizdirən anaların fotoşəkillərini çəkib.

Bu layihənin məqsədi sinəsinin gözəlliyini qorumaq üçün və ya digər səbəblərdən uşaqlarını əmizdirməkdən imtina edən analara səslənməkdir. Körpəni əmzidirməyin təbii davranış olduğunu deyən fotoqraflar anaları insanların çox olduğu yerlərdə belə bunu etməkdən çəkinməməli olduqlarına inandırıblar.

Qeyd edək ki, sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilən bu fotosessiya gözlənildiyindən daha çox diqqət çəkib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm