Ayaqların gözəlliyini göstərən yarıq dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Ayaqların gözəlliyini göstərən yarıq dəbi - Fotolar

Ayaqların gözəlliyi göstərən yarıq dəbi - Fotolar

Dəblə yaxından maraqlanan xanımlar yəqin ki, Ancelina Colinin 2012-ci ildə “Oscar” gecəsində geyindiyi uzun yarıqlı qara donunu xatırlayır. O zaman Ancelina Coli tənqid hədəfinə tuş gəlsə də, moda dünyasında uzun yarıqlar trendi özünü göstərir. O geyimdən sonra qırmızı xalıda digər ulduzlar da uzun yarıqlı donlarda görünməyə başlayırlar. Dizaynerlər uzun yarıq dəbini gündəlik geyimlərdə də tətbiq edərək təkcə ziyafət libaslarına aid detal olmadığını sübut edir.

Uzun yarıqlar payız aylarında da gündəmdə olacaq. Uzun sarafanlarda yarıqlar ayağın tək bir tərəfində, ya da hər iki tərəfdə qoyulur. Özünə və ayaqlarına güvənən cəsarətli xanımlar hər iki tərəfində yarıq olan modellərə yönələ bilər.

Uzun yarıqlardan başqa, çox təhlükəli yarıqlarda var ki, bunlara ingilis dilində "Pelvis" və "Cleavage" sözlərindən yaranan "Pelvage" deyilir. Bu sözün mənası, çanaq sümüyündə dayanan yarıq deməkdir. Pelvage dedikdə ağla ilk oaraq Kendall Cennerin geyindiyi donu gəlir. Küçə stilində istər tək, istərsə də, assimetrik yarıqlar görə bilərik. Yarıqlar yubkanın uzunluğundan asılı olaraq dəyişir. Midi və mini yubkalarda rast gəlsək də, maksi stilinə daha çox yaraşır.

Uzun yarıqları olan geyimləri gecə gəzintilərində, həftə sonları gəzməyə gedərkən geyinmək olar. Midi yubkaları klassik bleyzerlə tamamlayıb ofis tərzinə uyğunlaşdıra bilərsiniz.

Maksi ətəkləri isə sadə bluzlarla birləşdirin. Ətəkdəki yarıq diqqət çəkdiyi üçün üst geyim maksimum sadəlik tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm