Albalı suyu yayda daha xeyirlidir
Bizi izləyin

Tabloid.az

Albalı suyu yayda daha xeyirlidir

Albalı suyu yayda daha xeyirlidir

İsti havalarda albalı şirəsindən bol miqdarda istifadə sağlamlıq baxımından faydalıdır. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır, susuzluğu yatızdırır.

  • Bu meyvənin şirəsi yay aylarında müqaviməti artırmağa təsir göstərir. Mütəxəssislərin rəyinə görə, albalı və onun şirəsi mədə və qaraciyərin nizamlı işləməsinə kömək edir.
  • Yaz aylarında tərləmə ilə bədəndə yüksək nisbətdə maye itkisinin yaşandığını gündə ən azı bir stəkan albalı şirəsi içməki tövsiyə edilir. Mütəxəssislər də isti havalarda yaşanan maye itkisinə qarşı vitamin, mineral, antioksidant xüsusiyyəti ilə bilinən albalı şirəsinin içilməsini təklif edirlər.
  • Həm qidalandırıcı, həm də sərinləşdirici xüsusiyyətə sahib olan albalı şirəsi, yay aylarında toksik maddələrin atılmasına da köməkçi olur.
  • Albalı suyunun bədənin müqavimətini artırdığını yazan ekspertlər, kalium, kalsium və fosfor saxlayan vişnə suyunun isti havalarda yaşanan maye itkisinin qarşısını alan yaxşı alternativ olduğunu bildirirlər. Albalı şirəsi bədəni müxtəlif mikrob və toksinlərə qarşı qoruyucu xüsusiyyəti ilə tanınır.
  • Həmçinin dəyərli pəhriz məhsullarından biridir. Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir.
  • Onu da qeyd etmək lazımdır ki, albalı eyni zamanda, bal verən bitkidir. 1 hektar albalı sahəsindən arılar 15-53 kq bal hasil edə bilirlər.
  • Qızdırma ilə müşayiət eddilən xəstliklərə qarşı güclü silah olan albalıda A vitamini və kalium var. Qandakı toksinləşməni də təmizləyən albalı suyu mədə və qaraciyərin nizamlı şəkildə işləməsini təmin edir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm