Beran Saatın qadınlara gözəl və gənc qalmaq üçün məsləhəti
Bizi izləyin

Tabloid.az

Beran Saatın qadınlara gözəl və gənc qalmaq üçün məsləhəti

Beran Saatın qadınlara gözəl və gənc qalmaq üçün məsləhəti

Türkiyədə aparılan araşdırmalarda Beren Saat ən sevilən və ən gözəl aktrisalar siyahısında ilk yerdə dayanır. Orta Asiyada da onun gözəlliyinə heyran olanların sayı az deyil. Təkcə kişilərin deyil, qızların da sevimlisi Beren Saat qüsursuz dərisi ilə diqqət çəkir. Bəs onun qüsursuz dərisinin və gözəlliyinin sirri nədədir? Tabloid.az Beren Saatın gözəllik sirlərini araşdırıb.

Stressdən necə xilas olur?

“Siması olduğum markaları araşdırıram. Çünki bizi izləyən insanların qarşısında pis vəziyyətə düşmək istəmirəm.

Aktrisa olduğum üçün iş prosesində stress və əsəb keçirirəm. Amma bu həyatı mən seçmişəm. Yəni, stress olsa da, işimi sevirəm. Əslində, səbirli insanam, qəzəb, kin-küdurət məndən uzaqdır. Özümlə və seçdiyim həyatla barışan biriyəm.

Gündə bir neçə dəfə duş qəbul edirəm. Qəzəbləndiyim zaman saatlarla duşda qalıram, yaxud təmiz havanı doyunca ciyərlərimə çəkirəm. İntiqam alacaq qədər qəzəbli deyiləm, sadəcə sərt və soyuq reaksiya verərəm. Mənə ya da sevdiklərimə zərər verən insanı həyatımdan uzaqlaşdırıram. Geri qayıtmaq istəsə də, icazə vermərəm, həyatımda belə insanlara daha yer yoxdur...”

  • Gözəl aktrisa çəkici baxışlar üçün qara qələmdən istifadə edir. Göz kölgəsi yerinə, qara qələmi göz qapaqlarına yayır və çoxlu tuş çəkir. Beləcə gözləri önə çıxaran dumanlı və seksual baxışlar əldə edir. Beren Saatın dərisi olduqca parlaq olduğu üçün yüngül kirşan bəs edir.
  • Ənlik seçimində şaftalı tonlarına üstünlük verir. Çox zaman gözləri ön planda olduğu üçün dodaq parıltısından istifadə edir. Rəngli və diqqətçəkən pomadalara kosmetik çantansında yer ayrımır. Hətta toy günü geyindiyi sadə donu, saç düzümü və makiyajı da bunu sübut edir.
  • Axşam menyusunda ətli yeməklər və tərəvəz yeyir.
  • Sudan başqa hər axşam qreyfurt suyu içir. Qreyfurtun arıqlamağa kömək etdiyi heç kimə sirr deyil.
  • Saçlarının rəngini dəyişdirməyi xoşlamır. Təbii dalğalı saçları ilə daha çəkici görünür.
  • Dərisində gizlədilməli hər hansı qüsuru olmadığı üçün çox vaxt makiyajsız gəzir.
  • 14 yaşından bəri demək olar ki, şəkərdən istifadə etmir. Çoxlu su içir.
  • Bananı çox xoşlayır. Amma bananın kalorisi çox olduğu üçün yarısını yeyir.
  • Balıq omega-3-lə zəngin olduğu üçün balıq yeməklərinə üstünlük verir.
  • Səhərlər yeməyində kəpəkli çörək yeyir.

“Əsl gözəllik sadəlikdir. Gözəlliyimi qorumaq üçün bütün qadınların etdiklərini edirəm, yəni, fərqli və özəl heç nə yoxdur. Qidalanmama diqqət edirəm, gülürəm, qəhqəhə atıram. Sevdiyim insanla birlikdəyəm, sevginin də qadını gözəlləşdirdiyini düşünürəm... Qadınlara məsləhtim odur ki, aynadada özlərinə baxsınlar və istəmədikləri şeyləri bütün mənalarda həyatlarından uzaqlaşdırsınlar. Bütün mənalarda təmizlənmək insanı gəncləşdirir, təravətləndirir. Artıqlardan və lazımsız şeylərdən xilas olaraq daha gözəl həyat yaşaya bilərsiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm