Ulduzlar saçları üçün nə qədər pul xərcləyirlər? - Fotolar
Bizi izləyin

Tabloid.az

Ulduzlar saçları üçün nə qədər pul xərcləyirlər? - Fotolar

Rekord Rihannadaddır

Ulduzların daim baxımlı olan saçları onların cazibədar görünməsində önəmli rol oynayır. Bəs görəsən mükəmməl saçlara sahib olmaq üçün nə qədər pul lazımdır?

Tabloid.az məşhurların saçlarına nə qədər pul xərclədiklərini araşdırıb.

Qvinet Peltrou, 650 dollar

Sarı rəngli sağlam saçları ilə qadınlara ilham verən gözəlçə David Babai adlı saç ustasına müraciət edir. Saç kəsimi, boya və refle üçün 650 dollar xərcləyir.

Riz Viterspun, 700 dollar

Dalğalı saçları ilə diqqət çəkən gözəl aktrisa saçlarını saç ustası Lorri Goddard-Clarka əmanət edir. Bunun üçün aktrisanın cibindən 700 dollar əksilir.

Cennifer Lopez, 750 dollar

Uzun saçları və özünə yaraşan saç rəngləri ilə daim diqqət mərkəzində olan gözəlçə "Victoria's Secret" modellərinin də saç baxımını edən saç ustası Oribenə güvənir. Hər həftə bu saç ustasının saloununa gedən müğənni 750 dollar xərcləməli olur.

Cenifer Eniston, 920 dollar

Hollivudun ən baxımlı saçlarına sahib olan gözəl aktrisa buna heç də asan nail olmur. Həm saç kəsimini, həm də boyasını Beverli Hillsə həvalə edən Cenifer hər həftə "Chris McMillan" gözəllik salonuna 920 dollar ödəyir.

Anna Hatavay, 1200 dollar

Saçlarına baxım etdirmək üçün məşurların saç baxım mütəxəssisi Ted Gibsona müraciət edir. Sağlıqlı saçlar üçün həftədə 1200 dollar xərcləyir.

Rihanna, 2000 dollar

Bugünə kimi demək olar ki, bütün saç rənglərinə və kəsimlərinə müraciət edən müğənni bütün bunlara baxmyaraq, sağlam görünən saçları üçün həftədə 2000 dollar xərcləyir. Saç ustası Ursula Stefenin xüsusi baxımı ilə daim gözəl saçlara sahib olan Rihanna hamını özünə heyran qoymağa davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm