Məşhur müğənni həyat yoldaşı ilə klipə çəkildi – Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni həyat yoldaşı ilə klipə çəkildi – Fotolar

Alaçatıda baş tutan çəkilişlər 12 saatda tamamlanıb

Türkiyəli məşhur müğənni Sərdar Ortac “20-ci il” albomunun ikinci klipi üçün həyat yoldaşı Kloi Lounqhan ilə kamera qarşısına keçib.

“Bana göre aşk” adlı mahnıya çəkilən klipdə Sərdar və Kloi hovuzda romantik dəqiqələr keçiriblər.

Klipin rejissorluğunu Dəniz Akel edib.

Alaçatıda baş tutan çəkilişlər 12 saatda tamamlanıb.

Sərdar Ortaç çəkilişlərə fasilə verilən zaman müxbirlərin suallarını cavablandırıb. Uşağı olmayacağı barədə yayılan xəbərlərə sərt reaksiya verən müğənni bu iddiaların yalan olduğunu deyib:

“Bu iddialar çox çirkindir. Həkimlər xəstəliyin övlad sahibi olmağıma əngəl olmayacağını dəfələrlə deyiblər. Hazırda işə vaxt ayırıram. Övlad sahibi olmağı hələlik düşünmürük”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm