• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın ən gözəl və ən bahalı nişan üzükləri - Fotolar

Dünyanın ən gözəl və ən bahalı nişan üzükləri - Fotolar

Qadınlardan ən dəyərli aksessuarının hansı olduğunu soruşsanız, məncə, hamısı eyni cavabı verəcək. Nişan üzükləri... Hətta bahalı olmasa da, nişan üzüyü xanımlar üçün çox əhəmiyyətli hesab olunur. Çünki məhz bu üzük qadının başqa bir kişiyə əbədi olaraq aid olduğunu göstərir. Hətta taleyinin bu üzüklərdən asılı olduğunu düşünənlər də az deyil. “Bəxt üzüyü” filmini yadınıza salın, Sara bəxt üzüyünü itirəndə onun qiyməti heç vecinə də deyildi. O, sadəcə xoşbəxt günlərindən yadigar qalan və ailə həyatının simvolunu itirmək qorxusu ilə qarşı-qarşıya qalmışdı. Üzüyünü itirəndə onun üzündəki ağrılı ifadə yadıma düşəndə hələ də məyus oluram. Tabloid.az-ın “Moda inqilabları” layihəsində bu həftə elə nişan üzüklərindən danışacağam. Nişan üzüklərinin yaranma tarixindən deyil, dünyada ən bahalı hesab olunan nişan üzüklərindən söhbət açacağam.

Əvvəlcə nişan üzüyünün yaranma tarixi haqqında qısa məlumat vermək istərdim. İnsanların evlənmədən əvvəl üzük taxması ənənəsi qədim Misir inancalarına dayanır. Milad təqvimindən 2800 il əvvəl Misirdə yaşananlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitmə nöqtəsinin olmaması səbəbi ilə sonsuz sevgini təmsil etdiyinə inanırdılar. Buna görə də üzük, evliliyin sonsuzadək davam etdiyini göstərən simvola çevrilir. Sonra bu adət romalılar tərəfindən mənimsənilir və dünyanın bütün ölkələrində tətbiq edilməyə başlanır.

Nişan üzüyünün sol ələ taxılmasının səbəbi isə modern tibbin inkişafından əvvəlki dövrlərinə aiddir. O zamanlarda qan dövranı sistemindəki ana damarın sol əlimizdəki üzük barmağından başlayıb qəlbimizə getdiyi zənn edilirdi. Bura taxılan üzüyün sevənlərin bir qəlbə bağlılığını göstərir.

Şəhafət barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olub. Nişan üzükləri modellərinə və qaşlarına görə fərqli qiymətlərdə olur. Dünya ulduzlarının və məşhurların nişan üzükləri də özləri qədər gündəmə gəlir. Onlar bahalı nişan üzükləri ilə göz qamaşdırırlar. Nişan üzüyü – sadəcə bir bəzək əşyası deyil. Bu mərasimi təsirli edən həm də nişan üzüklərinin qiymətləridir.

Dünyanın ən bahalı və ən gözəl nişan üzükləri

Nişan üzüyü sevgi və sədaqətin ən gözəl nümunəsidir. Bahalı, daş-daşlarla bəzənmiş üzük isə hər bir qadının barmağına qürurla taxacağı zinət əşyasıdır. Bəs dünya ulduzları və şahzadələrin üzüklərinin dəyəri nə qədərdir?

Keyt Middleton: Şahzadə Uilliam Keytə anası şahzadə Diananın eyni nişan üzüyü ilə evlənmə təklifi edib. Keyt Middletonun üzüyü ağ qızıldan hazırlanıb. Keyt Middltonun bu nişan üzüyü, 1981-ci ildə Diana Spenser üçün Şahzadə Çarlz tərəfindən alınanda 28 min dollara başa gəlmişdi. 18 karatlıq göy sapfirin ətrafına 14 brilyant qaş düzülən üzüyün bu gün ki, qiyməti isə 85 min dollardır.

Dünyanın en pahalı yüzüğü

Dünyanın en pahalı yüzüğü

Kate Middleton

Meri-Keyt Olsen: Nişanlısı Olivier Sarkozi ötən il ona evlənmə təklif etdiyindən bəri Meri-Keyt Olsen barmağında "Cartier" markalı vintaj üzüyü gəzdirir. 1953-cü ilə aid, 4 karatlık brilyant üzüyü 16 dənə sapfir və kiçik bir neçə dənə almaz əhatə edir. Üzüyün qiyməti isə 81,250 dollardır.

The most extravagant celebrity engagement rings (© Various)

Cessika Alba: Caş Varren 2007-ci ildə almaz qaşlı üzüklə gözəl aktrisanın qabağında diz çökərək evlilik təklifi etmişdi.

Aleksis Bledel: Keçən il Vincent Kartheiser ilə nişanlanan Aleksisin üzüyü çox sadə hazırlanıb. Qaşı təbii ki, almazdır.

Nikol Kidman: Nikol Kidmanın nişanlısı Kit Urbandan aldığı "Cartier" nişan üzüyünün dəyəri 45 min dollardır.

Cenifer Eniston: Cenifer nişan üzüyünü taxdığına görə çox xoşbəxt görünür. Castin Teru 10 karatlıq brilyant üzüyü cazibədar aktrisaya 2012-ci ilin avqustunda bağışlayıb. Hazırda cütlük toya hazırlaşır.

Britni Spirs: Britni ilk nişan üzüyünü 2004-cü ildə Kevin Federlinedən alıb. Bu üzük 5 karat idi.

Mayli Sayrus: Mayli Sayrus Liam Hemsvors ilə bir zamanlar dünyanın ən gözəl cütlüyü elan olunmuşdu. Təəssüf ki, bu nişan üzüyünü Mayli barmağında çox daşıya bilmir.

Keyt Hadson: Matthev Bellami ilə nişanlı olan Keytin üzüyünün qiyməti sizi də şoka salacaq. Onun üzüyünün qiyməti 200.000 dollar dəyərindədir. Üzüyün qaşı dördkünc almazdır.

Fergie: Coş Duhamel sevgilisinə 2007-ci ildə klassik yumru üzük hədiyyə edərək evlənmə təklifi etmişdi.

Yıldızların Pahalı Nişan Yüzükleri

Demi Mur: Demi Moor əvvəlcə Eşton Katçerlə nişanlandıqları xəbərlərinin yalan olduğu demişdi. Amma cütlük 2005-ci ildə hamıdan gizli evlənmişdi. Bu nikah çox qısa sürsə də, üzüyünün qiyməti tarixə düşə bilir. Bu üzüyün qiyməti 250.000 dollar təşkil edib.

Natali Portman: Natali Portman “Black Svan” filmindəki tərəf müqabili Benjamin Millepied ilə 2010-cu ildə nişanlanıb. Natalinin oval kəsimli almaz üzüyünün ətrafına da almaz qaşlar düzülüb.

Meqan Foks: Brain Auistin Qrin Meqana evlənmək təklifini platindən hazırlanan 3 karatlıq almaz qaşlı üzüklə etmişdi.

Viktoriya Bekhem: Viktorya Bekhemın nişan üzüyü armudvari brilyantla bəzədilib. Onun dəyəri 65 min dollar dəyərindədir.

Deyilənlərə görə, dünyanın ən çox qazanan və yaraşıqlı futbolçusu Devid Bekhem həyat yoldaşı Viktoriyanı dəfələrlə aldadıb. Lakin o etdiyi xəyanətləri 15 illik həyat yoldaşı Viktoriyadan gizlətməyib. Bu xəyanətlərin bədəlini isə bahalı üzük alaraq çıxıb. 15 ildə Viktoriyaya almaz, brilyant və yaqutdan hazırlanan 13 üzük alan futbolçu onlara ümumilikdə 6,5 milyon dollar xərcləməli olub. Qeyd edim ki, Devid- Viktoriya Bekhem cütlüyü ümumilikdə 652 milyon dollarlıq sərvətə sahibdirlər.

Ancelina Coli: Ancelina Colinin brilyant qaşlı nişan üzüyü 250 min dollara başa gəlib. Bu üzüyün fərqi ondadır ki, üzüyün işlənib-hazırlanmasında Bred Pitt şəxsən özü də iştirak edib. Üzüyün dizaynı üzərində Hollivud zərgəri Robert Prokop bir il çalışıb. Bred Pitt düşünür ki, 2012-ci ilin əvvəlində Ancelinaya hədiyyə etdiyi bu üzük onun xarakterinə çox uyğundur.

The most extravagant celebrity engagement rings (© Various)

Halli Berri: Kino ulduzu Halli Berri ilə nişanlanan fransız aktyoru Olivye Martinez sevgilisinə dəyəri 200 min dollar olan, 4 karatlıq zümrüd qaşlı nişan üzüyü hədiyyə edib.

Beyons: Dünyanın ən varlı musiqiçisi hesab olunan Cey Zinin sevgilisinə hədiyyə etdiyi üzüyü sərvətinə layiq olub. Belə ki, dünyanın ən qiymətli nişan üzüyünü amerikalı reper Cey Zi xanımı Beyonsa hədiyyə edib. 5 milyon dollar qiyməti olan bu üzüyün hazırlanmasında 18 karatlıq brilyant qaşlardan istifadə olunub.

Paris Hilton: Qalmaqallı ulduz Paris Hilton keçmiş nişanlısı Paris Latsisdən hədiyyə kimi qəbul etdiyi nişan üzüyü 24 karat brilyantdan hazırlanmışdı. Onun qiyməti 4,7 milyon dollar olub.

Paris HILTON

Melani Knaussa: Digər qiymətli nişan üzüyünü milyarder Donald Tramp sloveniyalı fotomodel və dizayner həyat yoldaşı Melani Knaussa hədiyyə edib. Brilyant üzüyün qiyməti 2 milyon dollar idi.

Melania KNAUSS

Jaklin Kennedi: Jaklin Kennedinin nişan üzüyünün qiyməti isə 1,5 milyon dollar olub. Zümrüd və 2,88 karat brilyantdan istifadə olunan nişan üzüyünü ona həyat yoldaşı Con Kennedi alıb.

Cenifer Lopez: Ben Afflekin Cenifer Lopezə bağışladığı nişan üzüyü 1,2 milyon dollar dəyərində idi. Həmin üzük 6,1 karat çəhrayı brilyantla bəzədilmişdi. Qeyd edim ki, bu cütlüyün münasibətləri toya bir neçə saat qalmış pozulub.

Jennifer LOPEZ

Penelope Kruz: Havyer Bardem ilə evli olan Penelope Kruz 3 karatlık 30 min dollarlıq sapfir bir nişan üzüyü taxır.

Yıldızların Pahalı Nişan Yüzükleri

Ketrin Zeta Cons: Maykl Duqlas britanliyalı sevgilisi aktrisa Ketrin Zeta Consa görə 1 milyon dollarından keçib. Onun aldığı nişan üzüyünün ətrafı da qiymətli daşlarla bəzədilib. Onun hazırlanmasında 10 karat brilyantdan istifadə olunub.

Cenifer Qarner: Ben Aflek cazibədar aktrisa Cenifer Qarnerə evlənmə təklifini onun 33-cü ad günündə 500.000 min dollarlıq üzüklə etmişdi. Aktyorun hədiyyə etdiyi üzüyün dizaynı üzərində zərgər Harri Uinston çalışıb.

Jennifer GARNER

garner-ring

Kamilla Parker: 35 illik sevgi hekayəsi Şahzadə Çarlz və Kamilla Parker-Boulz üçün gözəl sonluqla bitdi. 2005-ci ildə baş tutan toy mərasimində şahzadə Boulz Kamillaya 1 milyon dollarlıq brilyant və zümrüd qaşlarla bəzənmiş üzük bağışlamışdı.

Salma Hayek: Fransalı milyarder Fransua-Anri Pino aktrisa Salma Hayekə evlilik təklifini 5 karatlı brilyant üzüklə edib.

Enn Hatavey: Həyat yoldaşı Adam Şulmanın "Kwviat Heritage Jewels" zərgərlərinə sifariş verdiyi üzük 6 karatlı brilyantla bəzənib.

hnknbv

Jizel Bündhen: Futbolçu Tom Bredli dünyanın ən varlı modelinə evlilik təklifini 2008-ci ildə edib. Onun hədiyyəsi isə 4 karatlı brilyant üzük olub.

Cessika Bil: Üzüyü seçərkən müğənni Castin Timberleyk öz sevgilisini heyran etmək istəyirdi. Сessika Bil onun 6 karatlı brilyant üzüyünü çox bəyənib və müğənninin evlilik təklifinə müsbət cavab verib.

Şarlen Uittstok: Gələcək həyat yoldaşı üçün üzüyü Monako knyazı II Alber fransız zərgər Meyson Repossiyə sifariş verib. Şarlenin ağ qızıldan olan üzüyünün üzərində armudvari brilyant var.

Cessika Simpson: Futbolçu Erik Consun nişanlısı Cessika Simpsona hədiyyə etdiyin üzüyün dəyəri 100 min dollardır.

The most extravagant celebrity engagement rings (© Various)

Əslində, üzüyün bahalığının və ucuz olmasının iki insanın münasibətinə heç bir təsir göstərmir. Yəni, düşünməyin ki, sizin xoşbəxtliyiniz üzükdən asılıdır və mütləq bahalı olmalıdır...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR