Saçların təbii görünüşünü bərpa etməyin yolları
Bizi izləyin

Tabloid.az

Saçların təbii görünüşünü bərpa etməyin yolları

Əksər qadınlar gözəl saçlara sahib olaraq doğulurlar. Ancaq dəb dalınca qaçmaq, ekoloji amillər, orqanizmdəki müxtəlif xəstəliklər saçların seyrəlməsi, onların keyfiyyətinin pisləşməsi, tökülməsi ilə nəticələnir. Ancaq saçların yenidən öz təbii halın

Əksər qadınlar gözəl saçlara sahib olaraq doğulurlar. Ancaq dəb dalınca qaçmaq, ekoloji amillər, orqanizmdəki müxtəlif xəstəliklər saçların seyrəlməsi, onların keyfiyyətinin pisləşməsi, tökülməsi ilə nəticələnir. Ancaq saçların yenidən öz təbii halına qayıtması, ya da gözəlləşdirərkən daha az zərər görməsini üçün bəzi üsullardan istifadə etmək olar. Saçlarınıza çox zərər vermədən daha gözəl görünməsini təmin edə bilərsiniz.

Diqqət etməyiniz lazım olan əsas məsələ saçlara fen çəkmə vərdişidir. Saçlarına hər gün isti fen çəkən və ya çəkdirən qadınların daha sonra bu gözəlliyi davam etdirməsi üçün fenə daim ehtiyac duyduqları məlumdur. Halbuki xüsusi günlər xaricində saçlarını bir az daha sərbəst buraxsanız və aşağı temperaturlu qurutma cihazı ilə qurutsanız, daha uzun müddət sağlam qalmalarını təmin etmiş olarsınız.

Davamlı olaraq eyni saç şampununu və baxım kremini istifadə eləmək də saçlarınızın bir müddət sonra bu vasitələrdən təsirlənməsinə səbəb olacaqdır. Ancaq vasitələri dəyişdirərkən, təbii ki, saçınıza uyğun olmayan fərqli tipdəki məhsulları deyil, yenə öz saç tipinizə uyğun olan, ancaq başqa bir markanın başqa bir formullu şampununa üstünlük verməlisiniz.

Ölkəmizdə təəssüflər olsun ki, duş alarkən, ya da vanna qəbul edərkən qarşılaşılan ən böyük yanlışlardan biri də çox isti su istifadə etməkdir. Xüsusilə qış aylarında saçların isti su ilə yuyulması saçlar üçün çox zərərlidir. İsti su saçların tez yağlanmasına səbəb olmaqla yanaşı, həm də saç hüceyrələrinin quruluşunun pozulmasına səbəb olur. Mümkün olduğu qədər ilıq və yay aylarında soyuq su ilə saçlarınızı yumağınız onların daha dolğun və sağlam olmasına kömək edəcək.

Saç diblərinin saçları daha güclü saxlaması üçün gücü olmalıdır. Buna görə də həftədə bir-iki dəfə saçların dibini masaj edin. Beləliklə, qan dövranını surətləndirməklə saçlar da qüvvətlənəcək. Saçlarınızın çox uzun saxlayırsınızsa, saç diblərinin gücü daha vacibdir. Çünki belə olan halda daha çox ağırlığı və kütləni saxlamaq saç diblərinə zərər verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm