Astroloji proqnoz - 17 avqust
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 17 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Böyük dəyişiklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz məsələləri isə təxirə salmalısınız.

BUĞA - Səhər saatlarından etibarən həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. İki gündən bəri bürcünüzdə bərqərar olan Ay sizdən mülayimlik tələb edir.

ƏKİZLƏR - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

XƏRÇƏNG - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki bu təqvimdə sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşəcəksiniz. Bəxtinizdə pul var.

ŞİR - Bu enerjili təqvim bürcünüz üçün ən perspektivli zaman kəsiyinə çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

QIZ - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam rəqiblərinizdən təhlükə gözlənilir.

TƏRƏZİ - Olduqca səmərəli bir təqvim yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Ağır fiziki işlərə ara verin.

ƏQRƏB - Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən və yeni sövdələşmələrdən uzaq olmalısınız.

OXATAN - Bu gün ümumi gərginlik sizi müşayiət etsə də, çılğınlıq göstərməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Saat 15-18 arası səbəbsiz münaqişələrdən uzaq olun.

OĞLAQ - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.

SUTÖKƏN - Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

BALIQLAR - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm