• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Faiq Ağayev İlhamə Quliyevanı belə təbrik etdi - Fotolar

Faiq Ağayev İlhamə Quliyevanı belə təbrik etdi - Fotolar

Ötən gün sevilən sənətkar, xalq artisti İlhamə Quliyevanın doğum günü idi.

Tabloid.az xəbər verir ki, İlhamə Quliyeva doğum gününü qeyd etməyib. Belə ki, bir müddət öncə Azərbaycan-Ermənistan sərhəddində şəhid olan əsgərlərimizin ölümünə biganə qalmayan sənətkar bundan çox üzüldüyünü ifadə etmiş və doğum gününü qeyd etməyəcəyini demişdi:

“Hər il televiziya kanallarında mənim ad günüm təmtəraqlı şəkildə qeyd edilir. Bu il də ad günümü qeyd etməklə bağlı təklif aldım. Ancaq imtina etdim. Belə bir həssas məqamda ad günü keçirmək mənə yaraşmaz”.

Xalq artisti Faiq Ağayev də İlhamə xanımı öz “İnstagram” bloqunda təbrik edib. O, sənətkar ilə olan fotosunu paylaşaraq, onu təbrik edib.

Qeyd edək ki, Quliyeva İlhamə Məzahir qızı 1942-ci il avqustun 17-də Bakıda anadan olub.

O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. “Şöhrət” ordeni ilə təltif edilib.

1998-ci ildə Azərbaycanın, 2008-ci ildə isə Dağıstanın xalq artisti adına layiq görülüb. Bu il avqustun 15-də prezident İlham Əliyev xalq artisti İlhamə Quliyevanı “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR