• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Alma suyunun qadın gözəlliyində rolu

Alma suyunun qadın gözəlliyində rolu

Alma suyu əsl sağlamlıq anbarı hesab olunur. Bu möcüzəli içki təkcə qadın gözəlliyinin qeydinə qalmır, həm yaddaşı gücləndirir, həm də maddələr mübadiləsinin sürətlənməsində və sidik miqdarının artmasınada əhəmiyyətli hesab olunur.

Tabloid.az xəbər verir ki, tərkibində bol miqdarda dəmir və fosfor olan alma beyin funksiyalarının fəaliyyətinin yaxşılaşmasına və zehni gücü artırmağa kömək edir.

Burada dəmir beyin funksiyalarının fəaliyyətinə, fosfor isə zehni fəaliyyətə təsir göstərir.

Alma və ya alma suyu beyin hüceyrələrindəki toksik maddələrin səbəb olduğu stress və yaşlanmanın təsirlərini azaldır.

Gündə bir stəkan alma suyu ilə qandakı xolesterin nisbətini tarazlaşdırmaq, ürək və damarların sağlamlığını qorumaq olar.

Gözəl ətri sayəsində damarlar genişlənir, insan rahatlandığını hiss edir.

Alimlər almanın tərkibindəki mikroelementlərin ürəyi cavanlaşdırdığını, dan dövranını yaxşılaşdırırdığını, immun sistemini gücləndirdiyini qeyd ediblər. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.

Alimlər müəyyən ediblər ki, alma infarkt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21 faiz daha çox alır. Təcrübələrin nəticələrinə görə, müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən könüllülərin ürək-damar sistemində və orqanizmində ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR