Bu çay üz dərisinə çox xeyirlidir
Bizi izləyin

Tabloid.az

Bu çay üz dərisinə çox xeyirlidir

Bu çay üz dərisinə çox xeyirlidir

Bəyaz çay faydalı minerallar və C vitamini ilə zəngindir. Bəyaz çay içmək ürək-damar sisteminə çox xeyirli hesab olunur. Tərkibində olan flerit maddəsinin dişləri çürüməyə qoymadığı və dişlərin kökünü möhkəmləndirdiyi bildirilir. Çay içmək həm də həzm prosesini rahatlaşdırır.

Məhz bu xüsusiyyətlərinə görə ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib. Bəyaz çay haqqında o da bildirilir ki, çaylar sinfinə daxil edilən ağ çay yağ yandırıcı xüsusiyyəti ilə maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir. Sağlamlıq məqsədilə içilən bu çayın tərkibində başqa çaylara nisbətən daha çox xeyirli maddələr var. Bu çay növü yarpaqları açılmamış, tumurcuq olan zaman yığılır.

Üz dərisinə çox xeyirlidir və mikrobları məhv edir. Bahalılığına görə, çay növləri arasında ikinci yerdədir.

Bu çayın yüksək antioksidant təsiri olduğu da bildirilir. Bu çay bədəndə olan yağ istehsalını azaltmağa və mövcud yağları parçalama xüsusiyyətinə malik olduğu qeyd olunur. Hətta yaşıl çaya nisbətən ağ çayın yağları daha çox parçaladığı məlumatlarda öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm