Rənglərlə müalicə
Bizi izləyin

Tabloid.az

Rənglərlə müalicə

Hələ qədim zamanlardan təbiətdə hər rəngin öz mənasının və insana təsirinin olduğu məlumdur. Bəzi qədim xalqlar, məsələn, misirlilər və çinlilərdə müxtəlif xəstəliklərin rənglərlə müalicəsi üsulları geniş yayılmışdı. Belə ki, xəstənin bədəninə müəyyən rə

Hələ qədim zamanlardan təbiətdə hər rəngin öz mənasının və insana təsirinin olduğu məlumdur. Bəzi qədim xalqlar, məsələn, misirlilər və çinlilərdə müxtəlif xəstəliklərin rənglərlə müalicəsi üsulları geniş yayılmışdı. Belə ki, xəstənin bədəninə müəyyən rəngli məhlul sürtürdülər və ya müvafiq geyim geyindirirdilər. Bu nöqteyi-nəzərdən yanaşsaq, rəngin və işığın enerji mənbəyi olduğu faktı ortaya çıxır. Məlumdur ki, hər bir xəstəlik bədənin enerji titrəşimini və axınını pozur.

Rənglərin müalicəvi məqsədlərlə istifadə rəng terapiya adlanır.

Rənglər göstərdiyi təsirlərə görə qruplara bölünür:

İsti rənglər: qırmızı, narıncı, sarı, qızılı yaşıl, qızılı

Soyuq rənglər: tünd göy, göyümtül-yaşıl, yaşımtıl-mavi, sarımtıl-yaşıl, yaşıl

Statik rənglər: al qırmızı, çəhrayı və dinamik biopolyar bənövşəyi, yasəmən

Qarışıq, stabilləşdirici və tarazlaşdırıcı rənglər: sarı-qırmızı, oxra sarı, qəhvəyi, zeytunu (sarı-yaşıl)

Neytral rənglər: ağ, qara, boz

Qırmızı rəng

Enerji, emosiya, həyat və güc rəngidir. Qan dövranının aktivəşdirilməsində, qan xəstəliklərinin müalicəsində, yaraların sağalmasının sürətlənməsində, hemoqlobin əmələ gəlməsinin stimullaşmasında istifadə edilir. Melanxoliyanın və depressiyanın müalicəsində istifadə olunur. Sinir oynaqlığı və yüksək qan təzyiqi olan insanlarda istifadəsi məsləhət deyil.

Al qırmızı rəng

Mənəviyyat, möminlik rəngidir. Ürək, qan, dalaq və sümük iliyi xəstəliklərində istifadə olunur.

Çəhrayı rəng

İntuisiya, instikt, tarazlıq, xəyal və ümid rəngidir. Yüngül tonuslaşdırıcı təsir göstərərək pozulmuş yuxunu bərpa edir. Fransanın klinikalarından birində uşaqların yorğan-döşəyinə çəhrayı yataq dəstləri taxıblar. Qəfildən sağalanların sayının artması rəngin təsiri haqqında deyilənlərin həqiqət olduğunu bir daha təsdiqləyib.

Narıncı rəng

Həyat enerjisi, həssaslıq, ehtiras və aktivlik rəngidir. Hissləri stimullaşdırır, xoş hisslər bəxş edir. Limfatik və venoz durğunluqda, qalxanabənzər vəzinin, böyrəyin və həzm sisteminin xəstəliklərində, astma və diabet zamanı istifadə edilir.

Sarı rəng

İntellekt rəngidir. Durğunluq və atrofik proseslər zamanı, zehni stimullaşdırmaq, sinir sistemini tonuslaşdırmaq üçün və dəri xəstəliklərində istifadə olunur.

Yaşıl rəng

Əbədilik, təkamül, inkişaf, yaradıcılıq, yaxşılıq, alicənablıq, harmoniya və balans rəngidir. Hüceyrə regenerasiyasını, hipofiz vəzini stimullaşdırmaq, sinir sistemini stabilləşdirmək üçün və sınıqların müalicəsində istifadə edilir, sakitləşdirici təsirə malikdir.

Mavi rəng

Yaradıcılıq və fədakarlıq rəngidir. Diqqəti toplamaq, immun sistemini möhkəmləndirmək, orqanizmin ümumi tonusunu artırmaq üçün istifadə olunur.

Göy rəng

Sakitlik, dürüstlük, aydınlıq və harmoniya rəngidir. Qalxanvarı vəzin xəstəlikləri ilə bilavasitə əlaqədardır. Ürək-damar sistemini normallaşdırır, qanaxmalarda, qızdırma vəziyyətində, yanıqlarda kömək edir, qaraciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə olunur.

Bənövşəyi rəng

İlahi sevgi rəmzidir. Hipofiz və qalxanabənzər vəzin funksiyalarına təsiri vardır. Göy rəngin daha yüksək aspekti hesab edilir. Baş beyinə müsbət təsir edir, psixi problemlərin qarşısını alır, qulaq, burun və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Rəngin artıqlığı yuxululuq və baş ağrısı yarada bilər.

Ağ rəng

Təmizlik və harmoniya rəngidir. Ağrılarla çox yaxşı mübarizə aparır.

Gümüşü rəng

Sülh və daimilik rəngidir. Parapsixoloji təsir xüsusiyyətinə malikdir. Qızılı rənglə birlikdə orqanizmdəki yad hüceyrələrin məhv edilməsində istifadə edilir.

Qızılı rəng

Təmizlənmə, mərdlik, şüur, intuisiya və sağlamlıq rəngidir. Bakterisid və sitostatik təsir effektlərinə malikdir.

Qara rəng

Ölüm və dağıntı rəngidir. Ruhi sarsıntı keçirmiş insanlar müsbət təsiri var.

Boz rəng

Süstlük, sıxıntı, kədər rəngidir. Orqanizmə neytral təsir göstərir.

Qəhvəyi rəng

Duyğuların, hisslərin əsasının rəngidir. Fiziki narahatlıqda, ağır zehni işlə məşğul olan zaman istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm