• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kişilər qadın bikinisi haqqında nə düşünürlər? - Fotolar

Kişilər qadın bikinisi haqqında nə düşünürlər? - Fotolar

Kişilər qadınların geyimlərinə, saç rənginə görə, onların xarakterini müəyyən edə bilirlər. Hətta çantanı necə daşımasından asılı olaraq onun hansı xüsusiyyətlərə sahib olması haqqında müəyyən məlumat sahibi olurlar. Bəs kişilərin bikini modelinizi xarakterizə edərək sizin necə bir insan olduğunuz haqqında da nəticə çıxardığını bilirdinizmi? İnandırıcı gəlməsə də, bu həqiqətdir. Seçdiyiniz bikini ilə düzgün mesaj vermək istəyirsinizsə, tabloid.az-ın təqdim etdiyi yazını nəzərdən keçirin.

Xallı bikini: Çimərlikdə xallı bikini ilə dolaşan qadınlar kişilərə görə, bir az seksual, bir az klassik, özünə güvənən, amma rahatlğına düşkün olan bir imic yaradır.

Xətli bikini: Rəngli xətlərdən və cızıqlardan yaranan bikinilərə üstünlük verirsinizsə, son dərəcə şən, yeniliklərə açıq və əyləncəli xarakterə sahib olduğunuz mesajını verirsiniz. Həm də dünyaya rəngli gözlə baxdığınızı bildirir.

Sadə və dikdaban ayaqqabılar: Sadə bikini ilə dikdaban ayaqqabı geyinməyə üstünlük verən xanımlardansınızsa, kişilər bu tərzi həyəcan verici xanım olduğunuz kimi analiz edir. Sadə bikininiz isə müəyyən qaydalar çərçivəsində yaşadığınızı göstərir.

Mix & Match bikini: Bu tərz bikinilərə üstünlük verdiyiniz sizin zövqlü və bədən quruluşuna güvənən xanım olduğunuzu bildirir.

Başdan ayağa bəyaz: Çimərlikdə başdan ayağa bəyaz geyinmək bir az cəsarət tələb edir. Hər kəsin gözü sizin üzərinizdə olacaq. Buna baxmayaraq, ağ geyinmək həvəsindən vaz keçmirsinzisə, bu, diqqət mərkəzində olmağı sevdiyinizdən xəbər verir. Həm də bu diqqətin boşa getməyəcəyini bildirirsiniz.

Seksual çimərlik geyimləri: Kişilər bu tərz çimərlik geyimləri haqqında nə düşünə bilər ki? Onlar hesab edir ki, bu tərz çimərlik geyimlərinə üstünlük verən qadınlar seksuallığını gizlətmir, daxilində vamp qadın yatdığını göstərir.

Trend olan bikinilər: Bu tərz bikinilər trendləri yaxından təqib etdiyinizi və modapərəst bir xanım olduğunuzu bildirir. Dolayısı ilə bu cür kişilərin sizi xoşbəxt etməsi çətindir, ya da sizi qane etməsi üçün geyimlərinizə çox pul xərcləməli olduğunu düşünürlər.

Çiçək şəkilləri təsvir olunan bikinilər: Kişilər bu tərz bikini geyinən qadınlar haqqında məsum və sakit olduğunu düşünür. Eyni zamanda zövqlü xanım olduğunuzu bildirir.

İdman stilində olan bikinilər: Əgər sahildə bu tərz bikinilərdə gəzirsinizsə, bu, rahatlığınıza çox əhəmiyyət verdiyiniz əks etdirir. Heç kim və heç bir şey üçün bundan vaz keçə bilməyəcəyiniz mesajını verirsiniz.

Klassik bikinilər: Həyata rəng qatmaq üçün qəribə geyimlərə əl atmaq mütləq deyil. Siz ölməz klassikaya üstünlük verən xanımsınızsa, bu, tərzinizdən o dəqiqə anlaşılacaq. Bu da ətrafınızdakı kişilərin sizdən uzaq durmasına dair işarə verir. Çünki çılğınlıq etmək klassikaya üstünlük verən qadınların üslubuna tamamilə yad olan bir şeydir.

Bütöv çimərlik geyimi: Bu cür çimərlik geyimləri bir az utancaq olduğunuzu, bədənin hər yerini eyni anda nümayiş etdirməyi sevmədiyinizi izah edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR