Tabloid.az
Zəngin olmağın əsas düsturları
Varlı, zəngin insanların həyatını araşdıranda onların
çoxunun kasıb olduğunu, hətta biznesə sıfırdan başladığını müşahidə
edərik. Bəs onlar buna necə nail olublar? Varlı olmaq üçün hansı
xüsusiyyətlərə sahib olmalısan? Alimlər hansı vərdişlərin insanları
varlı olmağa qoymadığını araşdırıblar. Tabloid.az xarici mətbuata
istinadən xəbər verir ki, bəzi vərdişlər beynin fiziki vəziyyətinə
təsir göstərir və faktiki olaraq insanları yoxsulluğa
aparır...
Özünə yazığı gəlmək vərdişi: Özünə yazığı gəlmək
və öz taleyindən narazı qalmaq vərdişi insanı yoxsulluğa sürükləyə
bilir. İnsanlar öz xarici görkəmindən, gəlirindən, təhsilindən,
mənzilindən, havadan narazı ola bilərlər. Və bunlara görə özlərini
bədbəxt hesab edə bilirlər. Bununla yanaşı, daim şikayət edən və
özlərini bədbəxt hesab edən tiplərdən artıq ətrafındakılar da uzaq
durmağa çalışır və onlardan heç nə gözləmirlər, onları şənliklərə
belə dəvət etmirlər. Nəticədə, həmin insanların çox az əlaqələri
qalır. Əlaqələrsiz isə uğurlu karyera nail olmaq, maraqlı
layihəyələrdə iştirak etmək mümkün deyil. Dolayısı ilə bu, onların
pul qazanmasına mane olur. Özünə yazığı gəlmək vərdişi insanın az
əmək haqqı olan işlə qane olmasına səbəb olur.
Hər şeyə qənaət etmək vərdişi və ya xəsislik: Əgər mağazada siz ilk olaraq endirimlər olan bölməyə gedirsinizsə, əgər sizin iş yoldaşlarınızın az işlədikləri təqirdə çox maaş aldığını düşünürsünüzsə, əgər heç vaxt və heç kimə borc pul vermirsinizsə, ofisiantlara çay pulu qoymursunuzsa, deməli sizdə artıq yoxsulluq vərdişləri var. Analitiklər hər şeydə qənaətə can atan insanın məntiqli şəkildə qənaətcil olmadığını düşünür. Bu cür vərdişlər gəlirlər və xərclər arasında balansın olmadığını sübut edir. Təminatlı insan əşyalara onların həqiqi qiyməti qədər pul ödəyir.
Hər şeyin maddiyyatına varmaq vərdişi: Yalnız yoxsulluğa məhkum olan insanlar xoşbəxtliyi yüksək əmək haqqı almaqda görürlər. Onlar bahalı geyimlərsiz, ikimərtəbəli evsiz, avtomobilsiz həyatda sevinməyin bir mənası olmadığını düşünürlər. Sosioloqlar “Sizə xoşbəxtlik üçün nə lazımdır?” sualına yalnız kasıb insanların maddi dəyərləri sadalayaraq cavab verdiklərini, yüksək gəlirləri olan insanların isə bu sualın cavabını sadiq sevgidə və dostluqda gördüyünü bildiriblər.
Pulları xərclədikdən sonra təşvişə düşmək vərdişi: İxtisara düşə biləcəyiniz fikri sizin ürəyinizin daha tez döyünməsinə səbəb olur. Pulunuzu düzgün və sərfəli xərcləmədiyinizdən xəbər verir. Varlı insanlar üçün pul dəyişilməz bir vahid deyil: bu gün pul var, sabah yoxdur. Beləliklə pullar dövriyyə edirlər. Varlı olmaq istəyirsinizsə, pula olan münasibətinizi dəyişin.
Qazandığından daha çox xərcləmək vərdişi: Siz iki iş yerində çalışırsınız, lakin qazancınız sizi yenə də qane etmir? Deməli, nələrisə dəyişmək vaxtıdır! Əgər bir insan kredit kartları ilə pulu bir-birindən ayıra bilmirsə, onun varlı olmaq şansı sıfıra bərabərdir.
Sevmədiyiniz işlə məcburi şəkildə məşğul olmaq: Fikir vermisinizsə, istəmədən həvəssiz gördüyümüz hər şeyin nəticəsi uğursuz alınır. Psixoloqlar sevmədiyi işlə məşğul olan insanların potensial olaraq uğursuzluqlara və yoxsulluğa düçar olduğunu vurğulayırlar. Bunun səbəbi insanı sevmədiyi işlə məşğul olmağa vadar edən daxili səbəblərdədir. Bu vərdişdən qurtulmaq üçün kiməsə lazım olan işi deyil, sizə xoş olan işi görmək lazımdır. Insan yalnız sevdiyi sahədə əla nəticələrə nail ola bilər...
Qohumlardan uzaqlaşmaq: Öz ailəsindən uzaqlaşan insanlar uğursuzluq xəttinə düşürlər. İnsan üçün ən böyük xoşbəxtlik onun xoşbəxt ailəsinin olmasıdır. İnsanın xoşbəxt ailəsi olmasa, o, heç bir uğur əldə edə bilməz. Hətta əldə etsə belə, sonda hər şey alt-üst olacaq. Xoşbəxtliyi ailədə tapmaq lazımdır. Yeri gəlmişkən, demək olar ki, bütün varlı insanlar üçün ailə dünyada ən qiymətli dəyərdir. Axı ailə dəstək və təsəlli ala biləcəyimiz yeganə mövhumdur...
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK