• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu saç stili payızda dəbdə olacaq - Fotolar

Bu saç stili payızda dəbdə olacaq - Fotolar

Yeni mövsümdə saçlarda yan tərəfdən ayrılmış modellərin diqqət çəkdiyini görürük. Bu, 2014-2015 payız-qış mövsümündə tez-tez görəcəyimiz saç modelidir. Yana ayrılan saçların saçın orta hissəsinə deyil, qulağa yaxın hissəsindən ayrıldığını qeyd etmək lazımdır. Bu saç modelini tətbiq etmək üçün qüsursuz üz xətlərinə malik olmağınıza ehtiyac yoxdur, çünki bu saç modeli hər üz tipinə yaraşır. Yana ayrılmış saç modelinin digər bir üstünlüyü üzdə daha balanslı mənzərə yaratmasıdır. Yəni, üzdəki hər hansı bir tənasübsüzlük varsa, onu bu saç modeli ilə asanlıqla gizlənməsinə nail olarsınız.

Yandan ayrılmış saçların qadınlara xüsusi seksuallıq verdiyini də mübahisə etmək olmaz. Makiyajın təbii və çox olmasından asılı olmayaraq, yana ayrılmış saçlarla tamamladıqda çox daha seksual görünməyinizə dair zəmanət verir. Amma saçınızı yandan ayırarkən bir gözünüzü tamamilə bağlamaq hər zaman seksual görünməyə bilər. Bu tərz modeli gecə çıxarkən yığa bilərsiniz.

Saçlarınız onu yandan ayırmaq üçün uyğun deyilsə və heç cürə sözünüzə qulaq asmırsa, kənarlardan saçı sancaqlarla ilişdirə bilərsiniz. Açıqda qalan saçlara fen, ya da bir köpük köməyi ilə forma vermək olar.

Yan tərəfdən ayırma trendini saçları toplayaraq da həyata keçirə bilərsiniz. Həcmli saçlarınızı təpədə krep (şişirtmək) edərək forma verin. İstəyinizə görə at quyruğu, ya da toppuz edə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR