• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ehtirasdan vacib heç nə yoxdur”

“Ehtirasdan vacib heç nə yoxdur”

Homoseksual ingilis yazar Oskar Uayldın sevgilisi Alfred Duqlas “NƏSRİN HƏSRİ” layihəsində

“Dünyada ehtirasdan vacib heç nə yoxdur” deyən Oskar Uayld 1854-cü ildə dünyaya gəlib. Hələ on altı yaşı olarkən təhsil aldığı məktəbdə yaxın dostuna qarşı içində baş qaldıran şəhvani hisslərdən xəbərdar olan Oskar öz yolunu seçdi...

İngilis yazarın həyatında saysız-hesabsız kişilər olsa da, o yalnız birini – Alfred Duqlası ömrünün sonuna kimi sevdi. Cinsi mənsubiyyətinə görə cəmiyyətdən gördüyü təzyiqlər, həbsxana həyatı və pulsuzluq belə onun içindəki ehtirası, sevgini azaltmadı.

Oksfordu bitirib ilk şeirlər kitabını yayınladıqdan sonra onun nüfuzu daha da artdı. Oskar istədiyini əldə etmişdi: o, daha çox kişilərlə tanış olurdu. Bu, sırf cinsi istək deyildi, Oskar, sadəcə, kişilərin yanında özünü daha rahat hiss edirdi. Lakin sonralar haqqında yayılan dedi-qodulardan narahat olmağa başlayan yazıçı evlənmək qərarına gəldi. İlk cəhdləri uğursuz alınsa da, nəhayət, o 1881-ci ildə Konstans adlı bir qadınla tanış oldu. Onunla mütəmadi olaraq məktublaşmasına baxmayaraq, Oskar bir tərəfdən də kişilərlə olan münasibətini davam etdirirdi.

“Dorian Qreyin Portreti”

Bu, artıq qaçılmaz idi: Oskar xoşbəxtliyi yalnız kişilərdə tapa bilirdi. O, məşhur “Dorian Qreyin Portreti” romanını həyatında xüsusi bir iz qoymuş kişiyə – Dorian Qreyə həsr edib. Tanışlıqlarının ilk aylarında başqa kişilərdən fərqli olaraq o, Oskarın sevgisinə qarşılıq vermirdi. Bu hal Oskar Uayldı onunla münasibətə daha çox təhrik edirdi. Münasibətləri başlayandan sonra Dorian Qrey onun ilham pərisinə çevrildi və Uayld yaradıcılığındakı ilk və son romanı yazdı. (bəzi mənbələrdə onun başqa romanlarının da olduğu yazılır)

Roman nəşr olunandan sonra Oskar Uaylda və onun əsərinə təzyiqlər oldu. Evləndikdən sonra ortadan qalxan dedi-qodular yenidən yayılmağa başladı. Oxucular romanın əxlaqa zidd olduğu üçün qadağan olunmasını tələb etdilər. Avtobioqrafik bir roman olan “Dorian Qreyin Portreti”ndə Lord Henri kişi və qadın münasibətləri haqqında belə deyir: “Qadın kişinin həyatını təkcə bir formada dəyişə bilər: Onu bu həyatdan elə bezdirər ki, kişi yaşamaq sevgisini itirmiş miskin bir varlığa çevrilər”. Çox güman ki, Oskar Uayld əsərin bu cümləsində Konstans ilə yaşadığı həyatın necə cansıxıcı və mənasız olmasını təsvir edib.

“Bu sevgi rüsvayçılıqdır”

Alfred Duqlas da Oskar Uayld kimi yazıçı idi. Onlar 1891-ci ildə tanış olmuşdular. Hər kəs üçün şair, yazıçı və tərcüməçi olan Alfred Duqlas Oskar Uayld üçün “Bozi” idi. O, yazdığı gözəl şeirlərlə Oskarın həm şair, həm də kişi kimi sevgisini qazanmışdı.

Oskar Uayld getdikcə ona qarşı içində qəribə, saf hisslərin yarandığını hiss edirdi. Bu bağlılıq daha çox pak sevgi üzərində qurulmuşdu və Oskar həyatındakı əvvəlki kişilərdə olmayan qəribə bir sirri Bozidə tapmışdı. Oskar onu bütün varlığı ilə sevirdi...

Bernard Şou Bozi haqqında belə deyirdi: “O, həm kişilərdə, həm də qadınlarda ehtiras oyadacaq qədər gözəl idi”.

Oskar Bozinin sevgisini qazanmaq üçün hər yola baş vurdu. Kitablarını imzalayıb ona hədiyyə etdi. Hətta bir neçə şeir də yazdı. Bozi də Oskara şeir yazmışdı. O, Uayld, Konstans və özünün arasındakı məhəbbət üçbucağına “İki sevgi” adlı şeir həsr etmişdi:

Niyə belə boynubükük , kədərlisən?
Bu gözəl diyarda nə axtarırsan axı?
Nədir sənin adın?
“Mənim adım sevgidir” – dedi.
Elə həmin an o biri mənim gözlərimə baxıb bağırdı:
– Yalandır! Əslində, rüsvayçılıqdır onun adı.

Sevgi mənim adımdır, mən əzəldən var idim

Tək-tənha o gəlmədən qabaq da burda idim.

“Əsl sevgi mənəm.

O isə dəvət olunmamış qonaq kimi gəldi...

Kişinin də, qadının da ürəyində sevgini yaradan mənəm!”

Oskara həsr etdiyi şeirdən də göründüyü kimi Bozi öz sevgisinin, aralarındakı məhəbbət macərasının rüsvayçılıq olduğunu hesab edirdi. Oskar Uayld öz qadınına hörmət etsə də, ona Bozi ilə arasında olan münasibətin ehtirasdan çox mənəvi bağlılıq olduğunu və onu çox sevdiyini demişdi. Oskar Bozini ədəbiyyat kimi sevirdi.

Oskar Uayld həm yaşadığı çevrə, həm də Bozinin atası tərəfindən təhqir və təzyiqlərə məruz qalır. Bu təzyiqlər məhkəməyə qədər gedib çıxır. 1895-ci ildə Bozinin atası Oskarın yazdığı məktubları məhkəməyə təqdim edir və o, homoseksuallığa görə həbs olunur.

Həbsxana həyatı Oskar üçün çöküş olur. Getdikcə zəifləyir, səhhətində problem yaranır və Boziyə olan hisslərinin yavaş-yavaş söndüyünü hiss edir. Bir müddət keçdikdən sonra isə Oskar, ümumiyyətlə, onun məktublarına cavab yazmır. Bozi isə Oskarı itirmək istəmirdi. Hətta öz şeir kitabını da ona həsr etdiyini növbəti məktubunda yazdı. Təbii ki, mövcud vəziyyətə görə Oskar buna etiraz etdi.

Həbsxana ilk bir il ərzində Oskar Uayldı çox dəyişdirdi. O, öz səhvlərini etiraf edir, ehtiras qurbanı olduğunu boynuna alırdı. Həbsxana həyatının yaradıcı bir insan üçün çox cansıxıcı, hətta dözülməz olduğunu yazırdı. O, elə həbsxanada “Etiraf məktubu” əsərini qələmə alarkən Bozini, onun bənzərsizliyini bir daha kəşf etdi. Oskar onun haqqında belə yazırdı:

– Bozini çox sevirəm və həmişə də sevəcəm. O mənim bütün həyatımı məhv etdi. Elə məhz buna görə də onu çox sevirəm.

“Etiraf məktubu” Boziyə həsr olunsa da, o, bunu oxuya bilmədi. Bu əsər yalnız kitab halında çap olunandan sonra onun əlinə keçdi.

Konstans isə qarşılıqsız olaraq Oskarı sevməyə davam edirdi. Bəzən Oskar özü də Bozidən ayrılıb bütün həyatını qadınına həsr etmək istəyirdi, lakin özü də çox gözəl bilirdi ki, Bozidən qaçmaq onun üçün qeyri-mümkündür. Çünki Bozi həm də şair idi və bu nüans onların ədəbi məclislərdə tez-tez rastlaşma ehtimallarını qaçılmaz edirdi.

Konstans nə qədər çalışsa da, Oskarı özünə bağlaya bilmədi və keçirdiyi ağır sarsıntılardan xəstəlik tapdı. O, 1898-ci ilin 7 aprel tarixində pilləkənlərdən yıxılaraq vəfat etdi. Konstans ölüm yatağında olanda vəsiyyət etmişdi: “Hər həftə Oskara pul göndərin, yoxsa o, aclıqdan öləcək”.

Ömrünün son illərində Oskar Uayld alkoqolla yanaşı, kokainə də qurşanmışdı. Pulu olmayan kimi küçə-küçə düşüb dilənirdi. Ömrünün son üç ilini xəstəlik və səfalət içində keçirən Oskar Uayld 1900-cü ilin 30 noyabrında vəfat etdi. Lakin həmin vaxt sevimli Bozi onun yanında deyildi...

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR