Evindəki qulluqçuları zorlayan yazıçı
Bizi izləyin

Tabloid.az

Evindəki qulluqçuları zorlayan yazıçı

Əfsanəvi yazıçıların çoxunun Hollivud aktyorlarının həyatına bənzəyən yaşamları olub. Ancaq onların bu qəribə həyat tərzi heç də ədəbiyyat dərsliklərində yer almır.

Əfsanəvi yazıçıların çoxunun Hollivud aktyorlarının həyatına bənzəyən yaşamları olub. Ancaq onların bu qəribə həyat tərzi heç də ədəbiyyat dərsliklərində yer almır.

Məsələn, əslində, oxucular bilmir ki, 39 yaşlı Tolstoyun toy gecəsində 18 yaşlı arvadına məcburən oxutdurduğu gündəliyində nə yazılırdı. Eynilə, çəlimsiz Kafka qadınların xoşuna gəlməyi necə bacarırdı, daha sağlam ola bilmək üçün üz tutduğu ara həkimlərinin pəhrizləri onun köməyinə çatırdımı?

Dul qulluqçularını zorlayan yazıçı

Rus ədəbiyyatının ən məşhur adlarından olan Lev Tolstoy yazıb: “Müharibədə adam öldürdüm, dueldə qarşımdakıyla döyüşdüm, oyunda uduzdum, kəndlinin alın təriylə əldə etdiyi malı məhv elədim, onları qəddarcasına cəzalandırdım, qadınlarla müftə kef elədim və insanları aldatdım. Yalan, soyğunçuluq, içki, zorakılıq, cinayət… Etmədiyim heç bir günah qalmadı…”

Bəlkə də, yazıçının gündəliyində yazdığı bu sətirlər qulluqçularına əziyyət verən və aralarındakı dul qadınları zorlayan bir adamın vicdan əzabını azaltmağa çalışmasıydı. O, həyatı sürətlə yaşamasının nəticəsi olaraq açıq-aşkar orta yaş krizi keçirirdi. Buna görə də həyatında köklü dəyişiklik yaradaraq seksi, içkini, siqareti tərgitmişdi. Xidmətçilərini azad edir və onlara böyük bir sərvət bağışlayırdı.

Tolstoy birlikdə olduğu qadınlar haqqında gündəliyinə yazmaqdan zövq alan bir insan idi. Toy gecəsi sevimli həyat yoldaşı Sonyanı da bu gündəliyi oxumağa məcbur etmişdi. O, bu gündəlikdə qulluqçuları ilə cinsi münasibətlərindən belə yazmışdı. Ancaq Sonyaya görə, yazıçının bu “dürüstlüyünə” ehtiyac yox idi. O, səhəri gün gündəliyinə bunun iyrənc bir vəziyyət olduğunu və diksindiyini qeyd edir.

Tolstoyun ölümündən əvvəl son sözləri isə belə olur: “Bəs kəndilər… kəndlilər necə ölür?”

Seksdən həzz almayan Kafka

Frans Kafkanın atasının təzyiqlərinə məruz qaldığını “Atama məktub” kitabından yaxşı bilirik. Yazıçının bəxti gətirməyən tərəfi təkcə atası deyildi. O, iş saatları gərgin, şərtləri sıxıcı olan bir peşəyə sahib idi.

Kafkanın eşq həyatında xoşbəxtliyə çatıb-çatmadığını bilmirik, amma onun heç bir sevgisinin evliliklə nəticələnmədiyi hamıya məlumdur. O, iki dəfə nişan qaytararaq evliliyin kandarından qayıdıb.

Yazıçının fahişəxanalara getməyi adət halını alır. O, barmen, ofisiant və satıcı qızlarla birgecəlik eşqlər yaşayır. Amma seksdən heç də zövq almırmış. Əksinə, seksdən diksinir, hətta diaqnozu qoyulmuş “Məryəm ana” fahişə kompleksindən əziyyət çəkirmiş. Qarşısına çıxan qadınlarla cinsi tələbatını ödəməkdən başqa bir işi olmazmış. Ancaq onun qadınlarla uzunmüddətli əlaqələri də olub. Axı o, fiziki cəhətdən çox zəif olsa da, bununla qadınları cəlb edə biləcək qədər də ağıllıydı.

O, 1912-ci ildə Berlində Brodun evində qalarkən Felice Bauer adlı gözəl bir qadınla tanış olur. O, bu gənc qadına fiziki zəifliyini ifadə edən uzun-uzadı məktublar yazır. Felice onun “Məhkəmə” və “Çevrilmə” kimi məşhur əsərlərinin ilham pərisi olur. Ancaq sizcə, zəifliyi ilə özünü yazıq kimi göstərərək ələ aldığı qadına sonda nə edir? Onu ən yaxın rəfiqəsi Qret Blok ilə aldadır. Blok illər sonra övladının atasının Kafka olduğunu iddia etsə də, bunu təsdiqləyəcək bir dəlil olmur. Felice isə 1914-cü ildə Sığorta İnstitunun bürosunda Fransın Qretə yazdığı sevgi məktublarını səsli şəkildə oxuyur və Felice-Kafka münasibətləri sona yetir.

Blok olayından sonra hələ də özünə yığışmayan Kafka yaxın dostu Ernest Pollakın arvadı Milena Cesenka Pollak ilə poçt vasitəsilə əlaqə qurur. Bu əlaqə 1923-cü ildə Kafkanın təkidi ilə başa çatır. Yazıçı daha sonra “Qəsr” romanında Milenanın obrazını canlandırır.

Kafkanın eşq həyatı, təbii ki, bu qadınlarla bitmir. O, axırıncı məhəbbətini 1923-cü ildə yəhudi uşaq düşərgəsində tanış olduğu müəllimə Dora Daymantla yaşayır. Kafkanın, az qala, qızı yaşında olan Dora həyatının son illərinə qədər vərəm xəstəliyinə tutulan yazıçıya qulluq edir. Cütlük Fələstinə köçərək orada restoran işlətməyi planlaşdırır. Dora restoranda şef, Kafka isə baş ofisiant olacaqdı. Ancaq bütün bu planlar 1924-cü ildə Kafkanın ölümüylə yarımçıq qalır.

Kafkanın erkən vəfatına dostları heç də təəccüblənmir. Çünki yazıçı, belə desək, xəstəlik xəstəsiydi. Ömürboyu mqrendən, yuxusuzluqdan, qəbzdən, nəfəs çatışmazlığından, revmatizmadan, çibandan, ləkəli dəridən, saç tökülməsindən, göz zəifliyindən, daimi halsızlıqdan, bəziləri gerçək, bəziləri xəyali olan bir neçə xəstəlikdən əziyyət çəkir.

Sısqa və zəif olmağından utanan Kafka danimarkalı fitnes müəllimi Cams Peter Müllerin təlimatı ilə bədən məşqləri edirmiş. Bundan əlavə, özündən narazı olan yazıçı qoca arvadların reseptlərinin istifadəçisinə çevrilir. “Təbiət çeynəməyənləri cəzalandıracaq” məsəlinə ürəkdən inanan Kafka hər loxmasını azı qırx beş dəfə çeynəyirmiş.

Ərləri tərəfindən dəfələrlə aldadılan yazıçı

Detektiv yazar Aqata Kristi dispanserdə çalışdığı dövrdə zəhər və onun insan orqanizminə təsiri mövzusunda biliyini genişləndirir. “Mənə oynamaq üçün gözəl bir ölümcül şüşə verin, kefimə toxunmayın” deyəcək qədər zəhərlə maraqlanır. Doğrudan da, Kristinin romanlarına baxanda cinayətlərin yarısının zəhərlənməklə əlaqli olduğu görünür.

Dünyanın ən uğurlu yazıçısı olsa da, əlbəttə, o da qüsursuz deyildi. Onun yazmaq problemi var idi, belə ki, yazdıqları oxunacaq şəkildə olmurdu. Xətti həddindən artıq pis olan yazıçı romanlarını özü yazmaq əvəzinə, diqtə edirdi.

Yazıçı şəxsi həyatında da uğur qazanmamışdı. İlk evliliyi 1928-ci ildə əri Arçinin onu aldatması ilə bitir. 1930-cu ildə ikinci həyat yoldaşı arxeoloq Maks Mallovan tərəfindən yenidən aldadılır. Ancaq bu dəfə xəyanətə göz yumaraq evlilik həyatını qırx ildən çox vaxta qədər davam etdirir. Amma yenə də ərinin evlilikləri müddətində çoxlu məşuqəsi olur və Aqatanın ölümündən sonra onlardan biriylə evlənir.

Kristinin yaşadığı ən qəribə hadisə isə otuz altı yaşında sirli bir şəkildə on bir günlük yoxa çıxması olur. Polis bunun əvvəlcə cinayət olduğunu düşünür. Ancaq bir ofisiantın verdiyi xəbərlə polis onu saxta kimliklə qaldığı oteldə tapır.

Yazıçı həmin dövrdə yaddaş problem yaşadığını desə də, əslində, həyat yoldaşı Arçiyə əsəbləşərək onu məşuqəsindən ayırmaq üçün hər şeyi planlı şəkildə etmişdi. Ancaq Aqatanın planı işə yaramır. Onlar iki il sonra boşanmalı olur.

Aqata Kristinin sevmədiyi şeylər də az deyilmiş: qələbəlik, insanlar arasında qalmaq, səs-küy, uzun-uzadı danışıqlar, partilər, xüsusilə də kokteyl partiləri, siqaret, bütün növ içkilər, malmelat, ilıq yemək, boz səma, quşların ayaqları. Sonuncu və çox zəhləsi gedən isə isti südün dadı və qoxusu idi.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm