Günəşin qaraltdığı dərini gözəl vurğulayan rənglər - Fotolar
Bizi izləyin

Tabloid.az

Günəşin qaraltdığı dərini gözəl vurğulayan rənglər - Fotolar

Biz bu və ya digər paltarın yaraşıb-yaraşmadığını qeyd edərkən təkcə onun tikilişini yox, parçanın rəngini də nəzərə alırıq. Parçanın uğurla seçilmiş rəngi qadının üzünün, saçının, gözlərinin rəngini daha qabarıq göstərir. Tabloid.az-ın bu icmalında qaral

Biz bu və ya digər paltarın yaraşıb-yaraşmadığını qeyd edərkən təkcə onun tikilişini deyil, parçanın rəngini də nəzərə alırıq. Parçanın uğurla seçilmiş rəngi qadının üzünün, saçının, gözlərinin rəngini daha qabarıq göstərir. Tabloid.az-ın bu icmalında qaralmış dərini gözəl vurğulayan rənglərdən danışacağam.

Yay artıq sona çatmaq üzrədir, amma dənizdə günəş vannası qəbul edən zaman qaralmış dərimiz bizi hələ payıza qədər müşayiət edəcək. Məzuniyyətdən qayıdandan sonra qayğısız keçən tətil günlərini nəvazişlə xatırlamaq üçün qaralmış dərini mümkün qədər vurğulamağa çalışırıq. Buna isə ancaq dəb və gözəllik hiylələri sayəsində nail olmaq olar. Əlbəttə, bu işdə əsas amil düzgün çalarları seçməkdən ibarətdir.

Günəşdən yanıb qaralmış dəriyə, adətən, açıq rənglər: pastel və mərcan rəngləri uyğun gəlir. Ağ, mavi, açıq çəhrayı, yaşıla çalan rəng qaralmanı daha aydın büruzə verir. Lakin sarımtıl-qəhvəyi qaralmış dərini daha da tünd göstərir. Günəşdən qaralmış dəriyə qara, habelə tünd bənövşəyi rənglər heç yaraşmır.

Pastel tonları: Qızılı və şokolad rəngli dəri indi populyarlığının zirvəsində olduğu üçün münasib variantı tapıb onu vurğulamaq çətin olmayacaq. Ən sadə variant – dəri rənginə yaraşan, amma bir neçə çalar açıq rəngi seçməkdir.

Юбка Marc Cain; платье Banana Pepublic; блуза Equipment; брюки Tru Trussardi; босоножки Casadei; юбка Marc Cain

Ağ: Ağın qaralmış dərini gözəl şəkildə vurğulaması heç kim üçün təzə xəbər deyil. Bu yay isə obrazı gözəl göstərən başdan-ayağa ağappaq seçilmiş dəstələr daha aktualdır. Lakin başdan-ayağa ağappaq geyinmək diqqət çəkdiyi üçün daha incə çalarlarını - fil sümüyü və ya süd rənglərinə yönələ bilərsiniz.

Платье LUBLU Kira Plastinina; рубашка Equipment; платье SCHUMACHER; купальник Calzedonia; юбка J.W. ANDERSON

İncə çəhrayı: İncə çəhrayı uşaqlıqdan bəri qızların ən çox müraciət etdiyi rəngdir. Əgər qaralmış dərini layiqincə vurğulamaq istəyirsinizsə, bu rəngli geyimlər alın. Lakin neon rənglərini deyil, daha incə və səmimi çalarlarını seçin və başdan ayağa çəhrayı geyinməyin. Əks halda “Barbi” gəlinciyinin irimiqyaslı və canlı versiyasına çevrilə bilərsiniz.

Платье BB Dakota; блуза SCHUMACHER; платье PINKO; юбка Yasya Minochkina; туфли CASADEI for PRABAL GURUNG; купальник Calzedonia

Nəcib bənövşəyi: Nəcib bənövşəyi zeytun yağı çalarlarında qaralmış qarabuğdayı dərini ideal şəkildə vurğulaycaq. Bu mürəkkəb rəng həm aparıcı, həm də başqa rənglərin fonunda çıxış edə bilər.

Блуза By Malene Birger; платье Kira Plastinina; брюки LUBLU Kira Plastinina; рубашка Tru Trussardi; жакет Banana Pepublic

Nanə yaşılı: Bu mövsüm dizaynerlərin daha bir favorit rəngi - nanə çalarlarıdır. O, artıq neçə ildir ki, dəb kolleksiyalarında hökmranlıq edir. O, qızılı dəri ilə diqqəti cəlb etmək istəyənlərin ideal yoldaşı olur. Yeri gəlmişkən, nanə yaşılı daha bir mühüm ideyanı həyata keçirməyə imkan verir və digər pastel rənglərlə əla uzlaşır.

Платье LUBLU Kira Plastinina; юбка LUBLU Kira Plastinina; брюки French Connection; платок Marc Cain; юбка Raoul; свитер Marc by Marc Jacobs

Mavi rəng: Mavi, digər rənglərdə geyinməyə cəsarət etməyənlər, eyni zamanda, qaralmış dərini vurğulamaq istəyən xanımlar üçün gözəl variantdır. Mavinin sakit harmoniyası həm ofis, həm də gəzintilər üçün uyğun gəlir. Bundan başqa, o, yuxarıda adları çəkilən rənglərin hamsı ilə asanlıqla uzlaşır.

Рубашка Farhi by Nicole Farhi; платье SCHUMACHER; платье Farhi by Nicole Farhi; платье Ted Baker; босоножки Santoni; блуза Marc by Marc Jacobs

Oxumağa davam et
Reklam
Reklam

Gündəm