• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ulduzlar özlərini isladaraq 15 milyon dollar topladılar - Videolar

Ulduzlar özlərini isladaraq 15 milyon dollar topladılar - Videolar

Dünya ulduzları Amyotrofik lateral skleroz (ALS) adlı xəstəliklə mübarizə aparan vəqfə yardım etmək üçün çox maraqlı addım atıblar.

“ALS Ice Bucket Challenge” adlı kampaniya başladan ulduzlar başlarından aşağı bir vedrə su tökərək insanları yardım etməyə səsləyirlər.

Kampaniyanın şərtinə görə, vəqfə yardım etmək istəyən hər kəs sevdiyi üç nəfəri seçir və onlara meydan oxuyur. Daha sonra da başından bir vedrə buz kimi su tökür. 24 saat içində həmin 3 nəfər də özlərini islatmalıdır. Əks təqdirdə vəqfə 100 dollar bağışlamalı olur.

Bu videonu sosial şəbəkədə paylaşan məşhurlar dünya gündəmini ələ keçiriblər.

Buz kimi su ilə özünü isladanlar arasında “Microsoft”un yaradıcısı Bill Qeyts, “Facebook”-un CEO-su Mark Zükerberq, müğənnilər Castin Timberleyk, Selena Qomez, Castin Biber, Cenifer Lopez, Demi Lovato, Leydi Qaqa, Taylor Svift, model Kara Delevin, Nina Dobrev, aktrisa Cessika Alba kimi tanınmışlar da var.

Castin Biber başından su tökdükdən sonra ABŞ prezidenti Barak Obamanın adını çəkib. İndi növbə prezidentdədir.

Qeyd edək ki, kampaniya 29 iyun tarixindən başladılıb və hazırda 15.6 milyon dollar pul toplanılıb.

Buz kimi su ilə mübarizə aparan məşhurlardan bir neçəsinin videosunu təqdim edirik:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR