Ən dəbli saç aksessuarları - Fotolar
Bizi izləyin

Tabloid.az

Ən dəbli saç aksessuarları - Fotolar

Ən dəbli saç aksessuarları - Fotolar

Şlyapaların əsas məqsədi əslində, başımızı günəşdən qorumaqdır. Amma bir-birindən fərqli baş aksessuarları onun əsas vəzifəsini kölgədə qoyur. Onlar gündəlik tərzimizin bir atributuna çevrilib.

Yayın ən lazımlı aksessuarları gün eynəkləri hesab olunursa, ikinci planda şlyapalar və saç aksessuarları gəlir. Şəhərimizdə saç aksessuarlarından və şlyapalardan istifadə edənlərin sayı az olsa da, xarici ölkələrdə bu dəb geniş hal alıb. Küçə stilində, dəvətlərdə çeşid-çeşid papaq modelinə rast gəlmək qaçılmazdır. Siz də papaq və şlyapa dizaynerlərinin kolleksiyalarını təqib edənlərdən geri qalmayın.

Saçlar qadın gözəlliyində böyük rol oynayır. Diyaznerlər bu hiylədən yaxşı yapışdıqları üçün müxtəlif cür saç aksessuarları təklif edirlər. Onlar saçların gözəl görünməsi üçün əlindən gələni edir. Bəzəkli taclar, gül çələngləri, saç lentləri, bantlar, rəngli bandanalar stilimizi tamamlayan ən ideal vasitələrdir.

Böyük saç aksessuarları

Keyt Mossun başındakı bu türban moda dünyasında müzakirələrə səbəb olmuşdu. Ümumiyyətlə, Sienna Miller və Keyt Moss saç aksessuarlarından tez-tez istifadə edirlər.

Rus dəbinin kraliçaları Miraslova Duma ilə Ulyana Serqeenko da qarderobunda saç aksessuarlarına və papaqlara geniş yer verirlər.

Keyt Midlletonu qüsursuz və təkrarolunmaz edən onun papaqlarıdır.

Kimə yaraşır?

Diqqət mərkəzində olmaq istəyən və çəkici görünmək istəyən hər kəsə və hər üz quruluşuna yaraşır. Məsələn, İsabella Blovun başındakı yazı ayrılıqda çox şit görünsə də, onun başında gözəl qaldığı danılmaz faktdır.

Necə istifadə etməli?

Saç aksessuarlarının bağlanma və istifadə qaydası müxtəlif olsa da, siz ürəyinizdən gəldiyi kimi davranın. Sadəcə geyimə uyğun olmasına diqqət edin.

Yay ayları üçün həsir papaqlar ən ideal seçimdir. Həsir papaqlar başı həm sərin saxlayır, həm də üzü Günəşin mənfi şüasına məruz qalmağa qoymur. Gündəlik həyatda və çimərlik stilini tamamlamaq üçün ideal variantdır.

Kepkalar isə daha çox idman üslubuna yaxındır. Məsələn, cinslər və kətan şalvarla gözəl qalır.

Krujeva lentlər, baş ləçəkləri sadə donları tamamlamaq üçün idealdır.

Özəl günlərdə hamıdan seçilmək arzusu ilə yaşayırsınızsa, təmtəraqlı papaqlar və bəzək əşyaları ilə diqqət çəkə bilərsiniz.

Çiçəkli bandanalar, çiçəkli dəri parçaları romantik və hippi tərzi ilə qarşımıza çıxır. Həmçinin saçlarınızın arasına kiçik çiçəklər ilişdirə bilərsiniz. Çiçəklər bandana və tacların üzərində böyük həcmdə istifadə olunur.

Qızılı aksessuarlar, qızıl rəngi taclar ən çox istifadə olunanlar arasında gəlir. Qızılı rəngli broşları at quyruğları üçün istifadə etmək olar. Qızılı rəngli sancaqlar da saçlarda öz yerini alır. Bir başqa istifadə qaydası isə daş-qaşlarla bəzədilmiş tac və bandanalardır. Rəngli daşlarla özünüzü kraliça kimi hiss edəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm