• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Uşaqların düzgün qidalanmaması hansı xəstəliklərə səbəb olur?

Uşaqların düzgün qidalanmaması hansı xəstəliklərə səbəb olur?

Uşaqların 7 yaşına qədər kifayət qədər qidalanmamaları sonrakı dövrlərdə inkişaf pozğunluğuna səbəb ola bilər. Tabloid.az xarici mətbuata istinadən bildirir ki, bu problem uşaqların kifayət qədər kalori almamağından qaynaqlanır.

Zəif uşaqlarda çəki və boy artımında azalma, artıq çəkisi olanlarda isə köklük xəstəlikləri müşahidə oluna bilər. Uşaqlar hələ süd dövründən nizamlı şəkildə qidalanmalıdır. Uşaqların erkən dövrdə bu qidalanma vərdişiniə yiyələnməsi lazmdır. Uşaqlar naharı nizamlı olaraq, mümkünsə ailənin digər fərdləri ilə etməlidirlər. Uşaqları təbii qidalarla bəsləmək lazımdır. Qidalanmaya günün müəyyən saatlarında əməl etmək çox vacibdir.

Əks təqdirdə, uşaq kifayət qədər kalori ala bilmir, sonrakı dövrdə isə uşaqlarda diqqətə çarpan boy qısalığı və inkişafda gerilik ola bilər. Onu da qeyd etmək lazımdır ki, boy qısalığı və kökəlmək yalnız qidalanma əskikliyindən olmur. Xüsusilə, tiroid hormonunun əskikliyi uşaqlarda boy qısalığına səbəb ola bilər. Bu baxımdan uşaqların düzgün qidalanmaları və idmanla məşğul olmaları lazımdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR