Brilliant Dadaşova: “Həmişə çirkin olmuşam”
Bizi izləyin

Tabloid.az

Brilliant Dadaşova: “Həmişə çirkin olmuşam”

Xalq artisti Brilliant Dadaşova “Facebook” profilində oğlu Cahad Hacıyevə yazdığı növbəti şeirini paylaşıb

Xalq artisti Brilliant Dadaşova “Facebook” profilində oğlu Cahad Hacıyevə yazdığı növbəti şeirini paylaşıb.

Tabloid.az xəbər verir ki, sənətçi həmin şeiri köhnə dəftərlərin birindən tapdığını yazıb:

“Bağımız əməlli-başlı arxiv imiş. Yenə də köhnə dəftərlərimdən birini tapdım. Şeirimi oğlum beş-altı yaşında olarkən yazmışdım. Yaxşı ki, varsan oğlum! Qəlbimdən dostlarımla bölüşmək gəldi:

Yaxşı ki, sən varsan, deyirəm, oğlum,

Toppuş əllərin var, şəkər dilin var

Yalqızam deməyə haqqım yox, demək,

Məni yaşadacaq əməllərin var.

Həyatın işıqlı səhifəsi sənsən,

Çağlayan ruhumun həvəsi sənsən,

Qəlbim dayanarsa, nəfəsi sənsən

Ömrümə yaraşıq gül tellərin var.

İşığı gözlərindən alıram, oğlum,

Saçdığın şəfəqə mat qalıram, oğlum

Ağlasan, bulud tək doluram, oğlum,

Canıma can qatan gülüşlərin var.

İsmin mənim üçün xoş gələcəkdir,

Ən gözəl qızlar səni sevəcəkdir,

Sən artdıqca ana qəlbim böyüyəcəkdir,

Milyonlarla nurlu səhərlərin var.

Elə ki baxıram göyçək üzünə,

Suallar verirəm özüm özümə

Axı, mən həmişə çirkin olmuşam,

Bu gözəl oğlanı necə doğmuşam?!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm