Dünyanı dəyişən 20 qadın – Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanı dəyişən 20 qadın – Fotolar

Dünyanı dəyişən 20 qadın – Fotolar

Bu il Amerika jurnalı olan “Marie Claire” 20 yaşını qeyd edir. Bu münasibətlə jurnalın əməkdaşları irimiqyaslı layihələr hazırlayır. Onlardan biri də “Dünyanı dəyişən 20 qadın” (“20 Women Changing the World”) adlanır.

Bu layihə çərçivəsində bütün dünyanı ruhlandıran 20 qadının siyahısı tərtib edilib.

Siyahıda Teylor Svift, Cennifer Qarner, Yeva Lonqoriya kimi müğənni və aktrisalarla yanaşı, Çelsi Klinton, Barbara Buş kimi siyasi personaların da adı yer alıb. Qadınlardan hər biri hansısa fondun üzvüdür və ya fondla əməkdaşlıq edir.

Dünyamızı dəyişən 20 qadını:

1. Şakira - “Barefoot Foundation” fondunun əsasını qoyub. Fondun məqsədi isə kasıb uşaqlara yardım etməkdir.

2. Teylor Svift – ulduzlar arasında ən fəal filantroplardan biridir.

3. Cennifer Hadson - “The Julian D. King Gift Foundation” fondu ilə əməkdaşlıq edir. “The Julian D. King Gift Foundation” milliyyətindən asılı olmayaraq uşaqların inkişafı üçün yardım təşkilatıdır.

4.Kristi Tarlinqton - “Every Mother Counts” fondunun banisidir. Fond anaların sağlamlığı ilə məşğul olur.

5.Temmi Tibbets - “She’s the First” təşkilatının banisi və prezidentidir. Təşkilatın məqsədi qızların təhsil almasıdır.

6.Stefani Şriok - “Emil’s List” təşkilatının prezidentidir. Təşkilatın məqsədi qadın namizədlərin seçkilərdə qalibiyyətini təmin etməkdir.

7.Reyçel Lloyd - “Girls Educational and Mentoring Services” təşkilatının banisi və icraçı direktorudur. Təşkilat qızların cinsi istismara məruz qalması və insan alverinə qarşı mübarizə aparır.

8.Çelsi Klinton - “The Clinton Foundation” təşkilatının nümayəndəsidir.

9.Alişa Kis - “Keep a Child Alive” təşkilatının əməkdaşıdır. Bu, HİV virusuna yoluxmuş uşaqlar və ailələri üçün müalicə, qayğı və dəstək verən təşkilatdır.

10. Barbara Buş - “Global Health Corps” təşkilatının baş icraçısıdır. Sağlamlıq təşkilatıdır.

11. Qabriel Qiffords - “Americans for Responsible Solutions” təşkilatının icraçısıdır. Silah zorakılığı və silahla mübarizə aparan təşkilatdır.

12. Nensi Lyublin - “Do Something” təşkilatının direktorudur. Gəncləri aktiv fəaliyyətə cəlb edən təşkilatdır.

13. Frida Cannini - “Chime for Change” təşkilatının icraçısıdır.

14. Dina Həbib - “Goldman Sachs Foundation” təşkilatının prezidentidir.

15. Sesil Riçards - “Planned Parenthood Federation of America” və “Planned Parenthood Action Fund” təşkilatlarının prezidentidir.

16. Cennifer Qarner - “Save the Children” təşkilatının direktorlar şurasının üzvüdür.

17. Oliviya Uayld - “Conscious Commerce” təşkilatının əməkdaşıdır.

18. Melinda Qeyts - “Bill and Melinda Gates Foundation” fondunun təmsilçisidir.

19. Kimberli Brayant - “Black Girls Code” təşkilatının banisidir. Təşkilat 7-17 yaşlı Afrika-Amerika qızlarının təhsil alması üçün onları texnologiya ilə təmin edir.

20 Yeva Lanqoriya - “Eva Longoria Foundation”un yaradıcısıdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm